ADP-nin rayon təzkilatının sədri Məhbub Zülfüqarlı Avropa Məhkəməsinə müraciət edəcək

img

31-07-2009 [02:37]


İyulun 29-da Ali Məhkəmədə hakim Tapdıq Mahmudovun sədrliyi ilə ADP İmişli Rayon Təşkilatının sədri Məhbub Zülfüqarlının kassasiya şikayətinə baxılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, M.Zülfüqarlı İmişli Rayon Məhkəməsinin onun haqqında çıxardığı bir il şərti cəza və üç min manat cərimə nəzərdə tutan qətnaməsindən kassasiya qaydasında şikayət etmişdi. Xatırladaq ki, M.Zülfüqarlı haqqında İmişli bazarının sahibi Əziz Quliyev yerli məhkəməyə birinci tərəfindən ?Hürriyyət? qəzetində dərc etdirilən yazıda özünün şərəf və ləyaqətinin tapdalanması iddiası ilə şikayət etmişdi. Sonradan Şirvan Apellyasiya Məhkəməsi İmişli Rayon Məhkəməsinin həmin qətnaməsini qismən qüvvədə saxlayaraq, hökmün maddi təzminat hissəsini ləğv etməklə bir il şərti cəza hissəsini qüvvədə saxlamışdı. Ali Məhkəmədə işə baxılarkən bazarkom Əziz Quliyevin nə özü, nə də ki vəkili iştirak etməyib. M.Zülfüqarlı isə məhkəmədə çıxış edərək ona qarşı aşağı məhkəmə instansiyalarının ədalətsizlik etdiyini, onun haqqında çıxarılan qətnamənin siyasi sifarişlə verildiyini, adıçəkilən qəzetdə dərc olunan yazıda heç bir təhqir elementinin olmadığını, sadəcə bazarkom Əziz Quliyevin digər sahibkarların hüquqlarını tapdalaması ilə əlaqədar faktların yer aldığını bildirib və Ali Məhkəmədən İmişli Rayon Məhkəməsinin çıxardığı ədalətsiz qətnamənin ləğv edilməsini tələb edib. Buna baxmayaraq Ali Məhkəmə faktları dərindən araşdırmadan M.Zülfüqarlı haqqında çıxarılmış bir il şərti cəza haqqındakı qətnaməni qüvvədə saxlayıb. Ali Məhkəmənin iclasından sonra Məhbub Zülfüqarlı partiyanın mətbuat xidmətinə bildirib ki, Avropa İnsan Hüquqlarına dair Məhkəməyə müraciət etmək fikrindədir və çox qısa zamanda sənədləri toplayaraq bu məhkəməyə müraciət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA