Araz Əlizadə: ?Erməni kommunistləri ilə Azərbaycan kommunistləri görüzsə, bütün millətçilərin dədəsi yanacaq?

img

30-07-2009 [06:43]


Azərbaycan sol siyasi partiyaları Ermənistanın sol yönümlü partiyalarına ikitərəfli görüşlərin keçirilməsi ilə bağlı müraciət edib. Azərbaycan Sosialist Partiyası, Vahid Azərbaycan Kommunist Partiyası və marksizm-leninizm platformasında Kommunist Partiyası rəhbərləri Qarabağ münaqişəsinin həlli ilə bağlı erməni solçuları ilə müzakirə aparmaq istədiklərini bəyan ediblər. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədr Araz Əlizadə burada hər hansı bir problemin olmadığını bildirib: ?Ermənilərlə o qədər görüşən var ki, bu da olsun biri. Mən düşünmürəm ki, erməni kommunistləri ilə Azərbaycan kommunistləri arasında böyük bir fərq var. Onların ikisi də Moskvada SKP KSS-ə daxildirlər. Ona görə də görüşsünlər, halal xoşları olsun?. Bu görüşün Qarabağ münaqişəsinin həllinə hər hansı bir təsirinin olub-olmayacağına gəlinjə, A.Əlizadə ?Əgər erməni kommunistləri ilə Azərbaycan kommunistləri görüşsə, bütün millətçilərin dədəsi yanacaq?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA