?Siyasi partiyalar haqqında? yeni qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirə olunacaq

img

09-08-2009 [08:33]


?Siyasi partiyalar haqqında? Qanunun bir çox müddəaları Konstitusiyaya, Seçki Məcəlləsinə və digər qanunlara, eləcə də müasir standartlara uyğun gəlmədiyi üçün ictimai-siyasi prosesləri özündə ehtiva edən yeni layihə hazırlanır. Yeni qanunda siyasi partiyaların qeydiyyatı, maliyyələşdirilməsi, fəaliyyəti, seçkilərdə iştirakı, cəmiyyətdəki rolu, beynəlxalq əməkdaşlığı və digər məsələlər öz əksini tapacaqdır. Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvü, Milli Məclisin deputatı Siyavuş Novruzovun sözlərinə görə, yeni qanunu hazırlamaqda məqsəd həm də siyasi partiyaların fəaliyyətində və maliyyələşdirilməsində şəffaflığın təmin olunmasıdır. Ölkəmizin iqtisadi potensialı, artan büdcə xərcləri imkan verir ki, qeyri - hökumət təşkilatları və mətbuatın inkişafına ayrılan dövlət yardımı siyasi partiyalara da şamil edilsin. Bu maliyyələşmənin mexanizmi isə yeni qanunla tənzimlənəcəkdir. S. Novruzov demişdir ki, yeni qanunu hazırlamaqda əsas məqsədlərdən biri də ayrı-ayrı dövlətlərin bu və digər şəkildə belə qurumlardan maliyyə vəsaitləri ilə öz maraqları üçün istifadə etmələrinin qarşısını almaqdır. Azərbaycan dövlətinin kifayət qədər iqtisadi potensialı vardır. Bu iqtisadi potensialdan istifadə edərək siyasi partiyalar dövlətdən maliyyə yardımı almalıdır. Siyasi partiyaların qeydiyyat məsələsi də günün tələblərinə cavab vermir. İnkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə görə, fəaliyyət göstərməyən, seçkidə iştirak etməyən, qarşısına qoyduğu vəzifəni yerinə yetirməyən siyasi partiyaların fəaliyyətinə xitam verilir. Bu baxımdan layihə hazırlanarkən siyasi qurumların fəaliyyətinin daim gündəmdə olması məsələsi də nəzərə alınmışdır. AzərTAc

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA