AMiP bələdiyyə seçkilərində iztirak formatını müəyyənləzdirir

img

29-07-2009 [03:28]


Qarşıdan gələn bələdiyyə seçkilərində birgə iştirak etmək üçün Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) bir neçə müxalifət partiyasından təklif daxil olub. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov bildirib ki, hazırda partiyada bu təkliflərin dəyərləndirirməsi prosesi gedir. Ə.Orucovun sözlərinə görə, AMİP seçkilərə start verilənə qədər partiyanın seçkilərdə iştirak forması və müttəfiqləri ilə bağlı qərarın qəbul ediləcək: ?Öncə onu deyim ki, hələlik partiyada seçkiyə qatılmağın forması ilə bağlı vahid mövqe yoxdur. Seçkilərdə təkbaşına və koalisiya tərkibində iştirak etməklə bağlı fikirlər var. Mənim fikrimcə, koalisiyalara qoşulmaq daha məqsədəuyğundur. Çünki bələdiyyə seçkiləri daha çox insan resursları tələb edən seçkidir. Buna görə hər hansı müxalifət partiyasının seçkilərdə təkbaşına uğur qazanması mümkün deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA