BAXCP Ermənistanla aparılan sülh danızıqlarının dayandırılmasını tələb edir

img

27-07-2009 [04:24]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, BAXCP Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanla aparılan sülh danışıqlarının dayandırılmasını tələb edən bəyanat verib. Bəyanatda danışıqların problemin ədalətli həlli üçün heç bir perspektiv vəd etmədiyi qeyd olunur: ?ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin vasitəçiliyi ilə aparılan müzakirələrin gedişi göstərir ki, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli yoxdur. Azərbaycan tərəfi Ermənistanın öz işğalçılıq siyasətinə son qoymadığını, danışıqlar prosesində qeyri-konstruktiv və beynəlxalq hüququn prinsiplərinə ziddi mövqe sərgilədiyini əsas gətirərək təcavüzkar dövlətlə aparılan danışıqları dayandırdığını rəsmən elan etməli, peşəkar ordu quruculuğu istiqamətində ciddi addımlar atmalı və büdcənin 25-27 faizini silahlı qüvvələrin daha yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi üçün ayırmalı, Azərbaycan xalqını təslimçi sülhə deyil, öz torpaqlarını azad etmək üçün səfərbər olmağa, şərəfli qələbə qazanmağa hazırlamalıdır?. BAXCP rəhbərliyi hesab edir ki, Ermənistanla danışıqların bərpası yalnız o zaman mümkün ola bilər ki, təcavüzkar ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA