Tahir Abbaslı: ?BMT-nin hesabatı təzyiq vasitəsidir?

img

27-07-2009 [12:39]


Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda insan haqlarının vəziyyətinə dair açıqlaması ölkəmizdə müzakirəyə səbəb olub. Hesabatdakı tənqidi məqamlarla razılaşanlar da var, onu qəbul etməyənlər də. Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ölkəmizdə insan haqlarının vəziyyətinə dair hesabatda əksini tapan məqamlarla qismən razılaşdığını bildirir: ?Həqiqətən də istər sosial, istər iqtisadi, istərsə də siyasi sferanı nəzərdən keçirsək məmləkətimizdə insan haqlarının pozulduğunu görərik?. Amma bununla belə AİDP sədri hesab edir ki, BMT başqa ölkələrdə vəziyyəti araşdırmazdan öncə, daha böyük problemlərə nəzər yetirib onların hesabatını da hazırlamalıdır: ?BMT-nin Azərbaycan reallığına belə ?tezliklə? qiymət verməsində səmimiyət görmək çətindir. Səbəbi çox sadədir. Hesab edirəm ki, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalı, 1 milyona yaxın insanın didərgin düşməsi, mal mülkünün əlindən alınması, minlərlə insanın qətlə yetirilməsi, Xocalı soyqırımının törədilməsi fonunda BMT-nin belə bir hesabatla çıxış etməsi qeyri-səmimilikdən başqa bir şey deyil. Zənnimcə BMT Qarabağın işğalı ilə bağlı verdiyi qətnamələrin yerinə yetirilməməsi barədə də bir hesabat hazırlayıb ermənilərin Azərbaycan xalqının hüquqlarını pozduğunu, tapdaladığını, bunun bəşəriyyət üçün təhlükə olduğunu dünyanın diqqətinə çatdırmalıdır. Əks təqdirdə bu, dünyada müharibə ocaqlarının alovlanmasına xidmət edəcək?. T.Abbaslının fikrincə, BMT-nin bu addımı əslində iqtidarı asılı vəziyyətə salmaq məqsədi daşıyır: ?Hesab edirəm ki, BMT-nin hesabatı güc ölkələrinin marağına xidmət edir. Həmin ölkələr də Azərbaycanın sərvətini talamaq üçün bu metodan yararlanırlar. Bu yöndə xeyli misal çəkmək olar. Bir sözlə dünyanın xəstəliklərdən müalicəsi üçün demokratiya adında dərman versələr də onun tərkibində işğalçılıq və istibdad kimi zəhər də vardır?. AİDP sədri hesab edir ki, BMT-də daxil olmaqla dünyaya ədalətli yanaşmaq istəyən bu başlar hələ də baş, ədalətli söz demək bacarıqlarını nümayiş etdirə bilməyiblər: ?Mən hesab edirəm ki, Azərbaycan xalqı bu oyunlardan ağahdır. Ona görə də Allahdan böyük heç kəsi bilmir və Qurandan böyük ədaləti tanımır. Çünki ilahi ədalət heç vaxt haqqı nahaqqa verməz. Bu mənada BMT-nin bir qurum kimi dünyaya ixrac elədəyi ?ədalət? elə öz qapısında da qalacaqdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA