Arif Hacılı: ?Siyavuz Novruzov Azərbaycanda demokratiyanın olmadığını etiraf edib?

img

23-07-2009 [02:05]


?Əgər hər hansı cəmiyyətdə siyasi hakimiyyətin alternativi yoxdursa, deməli, o, dimokratik cəmiyyət deyil. Çünki demokratik cəmiyyətdə hakimiyyətlə müxalifətin siyasi gücləri bir-birinə yaxın olur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun qarşıdan gələn bələdiyyə və parlament seçkilərində hakimiyyətin alternativinin olmaması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. A.Hacılının sözlərinə görə, S.Novruzov hakimiyyətin alternativinin olmamasını deməklə Azərbaycanda demokratiyanın olmadığını etiraf edib: ?Digər tərəfdən, hakimiyyət istər bələdiyyə, istər parlament seçkisində alternativin olub-olmadığını bilmək istəyirsə, demokratik seçkilər keçirsin. Qoy, seçki komissiyalarının paritet əsaslarla formalaşdırsınlar, bərabərhüquqlu təbliğat imkanlarını təmin etsinlər, onda alternativin olub-olmayacağını görəcəklər?. Müsavat yetkilisi hakimiyyətin demokratik seçki keçirmək istəyinin olmamasının səbəblərinə də toxunub: ?Əgər hakimiyyət seçkilərdə qalib gələcəyinə əmindirsə, onda nəyə görə bütün yerli və beynəlxalq ictimaiyyətin tələblərinə baxmayaraq, demokratik seçki keçirməyə razı olmur? Müxalifətin televiziyaya çıxmasına imkan vermirlər, komissiyaları nəzarət altında saxlayırlar. Əslində hakimiyyət dairələrində cəmiyyətdə real vəziyyətin nədən ibarət olduğunu əla bilirlər. Başa düşürlər ki, demokratik seçki keçirilərsə, məğlub olacaqlar. Ona görə də hakimiyyəti avtoritar üsullarla əllərində saxlayırlar. Bu mənada Siyavuş Novruzovun açıqlaması əsassız və məntiqsizdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA