Mübariz Qurbanlı: ?Bir qarız da olsun, torpaq güzəztə gedilməməlidir və gedilməyəcək?

img

15-07-2009 [07:55]


?Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar çoxlu ümidverici fikirlər səsləndirilir. Özü də bu fikirlər həmişə və mütəmadi səsləndirilir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, hər bir azərbaycanlı bu münaqişənin tezliklə həllini istəyir: ?Amma münaqişənin həlli ilə əlaqədar müəyyən problemlər var. Bugünlərdə mətbuatda yenə Madrid prinsipləri açıqlanıb, bununla bağlı söz-söhbətlər səngimək bilmir. Lakin bütün bunların fonunda Azərbaycanın mövqeyi hər zaman ölkə Prezidenti İlham Əliyev tərəfindən birmənalı şəkildə bəyan edilib, ortaya qoyulub. Yəni, bir qarış da olsun torpaq güzəştə gedilməməlidir və gedilməyəcək. Həmçinin münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və həll oluna bilər. İndi kim nə deyirsə-desin, Azərbaycanın birmənalı mövqeyi budur, bundan ibarətdir. Eyni zamanda, ölkə prezidentinin də dediyi sözlər bizim üçün, bütövlükdə hamımız üçün qanun şəklində qəbul olunmalıdır?. Mübariz Qurbanlı hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin ümidverici sözləri, bəyanatları hələlik onların hansı prinsiplər əsasında dediklərini ortaya qoymur: ?Dəqiq bilmək olmur ki, onlar nəyə əsaslanaraq, nəyə ümid edərək bu fikirləri səsləndirirlər. Əgər bizim dediyimiz şərtlər daxilində belə fikirlər səsləndirirlərsə, bəli, bu, mümkündür. Yox, əgər Azərbaycanın ərazi bütövlüyünə və yaxud gələcəkdə Dağlıq Qarabaq üzərində Azərbaycanın idarəçilik prinsiplərinin qorunub-saxlanılmasına zidd fikirlərə iddia edirlərsə, onda, bu, mümkün deyil. Məsələn, Madrid prinsiləri nə deyir? Guya bir keçid mərhələsi yaradılmalı, bu sonradan tədricən Dağlıq Qarabağ üzərində Azərbaycanın təsirinin azaldılmasına yönəlməlidir və sair. Bu prinsiplərə əgər ümidverici prinsiplər kimi yanaşıb mövqe ifadə edirlərsə, o zaman Azərbaycan buna heç cür razı deyil. Bir sözlə, biz dəfələrlə ümidverici bəyanatlar eşitsək də, hələlik onların real nəticəsi olmayıb, ona görə ki, beynəlxalq təşkilatlar təcavüzkara qarşı təzyiq metodundan istifadə etmirlər, təcavüzkarla təcavüzə məruz qalan da tərəzinin eyni gözündə saxlanılırsa, bu zaman ədalət pozulur və məsələnin həlli yubanır?. Yaxın zamanlarda Qarabağ probleminin həllinə yönəlik hansısa ilkin razılaşmanın əldə edilməsinə proqnoz vermək istəməyən millət vəkili əlavə edib ki, ?Dağlıq Qarabağ münaqişəsi ola bilər bir həftəyə də həll olunsun, ola bilər ki, heç bundan sonra on ilə də həll olunmasın. Bu, beynəlxalq aləmdəki proseslərdən və Ermənistana məlum güclərin nə dərəcədə təsir göstərəcəyindən asılıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA