Rəhim Qazıyev: ?Sərdar Həmidov getsin, qardazı isgəndər Həmidovla ?razborka?sını qurtarsın?

img

22-07-2009 [01:48]


Sabiq müdafiə naziri Rəhim Qazıyevin eks-prezidentlər Əbülfəz Elçibəy, Heydər Əliyev və ziyalı Yusif Səmədoğlu haqqında dedikləri Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidovun narazılığı ilə qarşılanıb. Belə ki, ?Yeni Müsavat? qəzetinə məsələylə bağlı açıqlama verən S.Həmidov keçmiş müdafiə nazirini ?razborka?ya çağırıb. Müstəqil İnformasiya Agentliyinə məsələylə bağlı fikirlərini bildirən R.Qazıyev səsləndirdiyi bütün fikirlərin arxasında dayandığını deyib. Onun sözlərinə görə, dediyi fikirlər böhtan yox, konkret faktlar olub: ?Əvvəlcə Sərdar Həmidov getsin, qardaşı İsgəndər Həmidovla ?razborka?nı qurtarsın. Görək hansı kürddür, hansı türkdür? Ondan sonra mənimlə qarşı-qarşıya oturub söhbət edər. Mən müdafiə naziri olmuşam, mənim sahəmdə bu adamın zərrə qədər rolu olmayıb. Özü də heç kimin qarşısından qaçmıram. ?Razborka?nın nə olduğunu da yaxşı bilirəm. Gedib həbsxana həyatını da görmüşəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA