Hafiz Hacıyevin Avropa Birliyi üçlüyünün görüzünə dəvət olunmaması narazılıq yaradıb

img

21-07-2009 [03:39]


Avropa Birliyi (AB) üçlüyünün - Avropa Birliyinin hazırkı sədri, İsveçin xarici işlər naziri Karl Bildt, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Birliyi şurası katibliyinin nümayəndəsi Paolo Barroso Simos, Avropa Komissiyasının təmsilçiləri Karel Kovanda və Con Kyaer Azərbaycana səfəri zamanı müxalifət liderləri ilə görüşməsi Müasir Müsavat Partiyasının narazılığı ilə qarşılanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, MMP bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Avropa Birliyi üçlüyünün yalnız bir neçə müxalifət partiyasının rəhbəri ilə görüşməsi düzgün deyil: ?Biz hesab edirik ki, bu, proseslərə ikili yanaşmadır. MMP sədri Hafiz Hacıyev prezidentliyə namizəd olub və kifəyət qədər də nüfuzu var. Avropa Birliyinin nümayəndələri müxalifətlə görüş zamanı onunla da görüşməli idi. Biz 90 minlik MMP üzvləri Avropa Birliyinin bu addımını pisləyir və növbəti görüşlərdə Hafiz Hacıyevin də dəaət olunmasını tələb edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA