Qarabağ Forumunda hakimiyyətə qarzı sərt tələblər irəli sürülüb

img

21-07-2009 [03:01]


Bu gün Demokratiya Uğrunda İttifaq Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında növbəti ?Qarabağ forumu?nu keçirib. Tədbirdə Ümid, Müsavat və AXCP partiyaları istisna olmaqla, bir çox siyasi və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə açan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu Dağlıq Qarabağ ətrafında gedən danışıqların gərgin olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, forumun təşkil edilməsində məqsəd vasitəçilər tərəfindən təklif olunmuş ?Madrid prinsipləri? adlanan prinsipləri ictimaiyyətə Azərbaycana qarşı xəyanət olduğunu aşılamaqdır. Azadlıq Partiyasının sədri Əhməd Oruc rəsmi Bakının Qarabağ danışıqlarında bir mənalı siyasət yürüdə bilməməkdə suçlayıb. Onun sözlərinə görə, vasitəçilərin ?fəaliyyətini? beynəlxalq aləm dəstəkləyir: ?Maraqlıdır ki, Azərbaycan cəmiyyəti nədənsə prinsiplər açıqlanandan sonra heç bir reaksiya vermədi. Belə olan halda bu, Qarabağın taleyini təhlükə altına atır. Bu yaxınlarda Azərbaycan nümayəndə heyəti işğal olunmuş Dağlıq Qarabağ ərazilərinə səfər etdilər. Biz bunun əleyhinəyik. ?Xalq diplomatiyası? adlandırdıqları missiya məğlubluq anlayışını verir. Bizim məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq aləm tərəfindən nəzərə alınmamasını ictimaiyyətə çatdırmaqdır. Hesab edirəm ki, təslimçilik mövqeyi göstərən hakimiyyətə qarşı xalq tərəfindən təpkilər edilməlidir?. QAT sədri Akif Nağı isə artıq danışıqların gizli tərəfinin qalmadığını vurğulayıb. Onun sözlərinə görə, 1988-90-cı illərdə də Dağlıq Qarabağın ermənilərə verilməsi prosesi gedirdi: ?Heç kimə sirr deyil ki, bu proses indi də davam edir. Çox təəssüflər olsun ki, müxalifət daxilində də parçalanma var. Bu isə fəaliyyətmizə ciddi şəkildə mənfi təsir göstərir. 5 rayonun minnətlə Azərbaycana qaytarılması və digər 2 rayonu isə ermənilərə vermək istəyirlər. Bu qətiyyən yolverilməzdir. Bu məsələdə ictimai rəyin böyük rolu var. Bəziləri mətbuatda gülünc-gülünc bəyanatlar səsləndirərək bu prinsipi normal hesab edirlər. Bu cür primitiv bəyanatlara son qoyulmalıdır?. Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli də Qarabağ danışıqlarında prinsiplərin bir neçə detalllarının açıqlanmasının ictimaiyyət üçün yeni hadisə olmadığını deyib. Onun qənaətincə, ?Madrid? prinsiplərində əsas məqsəd Qarabağa yüksək statusun verilməsidir: ?Mən buna razıyam. Amma bir məsələ var ki, Qarabağa qayıdan soydaşlarımızın hüquqları oradakı ermənilərlə eyni statusda olmalı və ayrıseçkilik olmamalıdır: ?Çox təəssüflər olsun ki, özlərini bir nömrəli müxalifət adlandıran Ümid, Müsavat və AXCP kimi partiyaları bu müzakirələrdə iştirak etmirlər. Bundan əlavə, biz məğlub olan dövlətik. Belə olan halda ordumuzu dünya standartlarına uyğun şəkildə formalaşdırmalıyıq. Hərbi vətənpərvərlik ideyalarını gücləndirmək lazımdır?. Vəhdəd Partiyasının sədri Tahir Kərimli isə Dağlıq Qarabağ danışıqlarının uzadılmasına görə, prezident İlham Əliyevin istefaya göndərilməsinin əleyhinə olduğunu bildirib: ?Gəlin, açıq etiraf edək ki, Qarabağ məsələsi zəifləyib. Əslinə qalsa, Ermənistan çoxdan dünyada təcavüzkar dövlət kimi tanınmalı idi?. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də ?Madrid prinsipləri?nin Azərbaycanın mövqeyinə zidd olduğunu nəzərə çatdırıb: ?Burada Azərbaycanın ərazi bütövlüyü məsələsi nəzərə alınmayıb. Bu prinsiplərin nəyə görə, indiki məqamda ortaya çıxması məlum məsələdir. Çünki hakimiyyət razıdır. Biz prinsip etibarı ilə ?Madrid prinsipləri?ni pisləyirik?. BAP sədri Elşad Musayev konkret olaraq adıçəkilən prinsiplərə toxunmaq istəmədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan həmişə olduğu kimi, təslimçi sülhə sürüklənib: ?Hamıya açıq şəkildə məlumdur ki, beynəlxalq dövlətlər Ermənistanın tərəfindədir. Hakimiyyətin uzun illər yürütdüyü siyasət nəticəsində cəmiyyətin bu məsələyə reaksiyası zəifləyib. Bu reallıqdır və heç vaxt danmaq olmaz. Amma ?qrant uşaqları?nın burunları qanıyan kimi o saat reaksiya verilir. Qarabağ forumu uzun illərdir ki, fəaliyyət göstərir və müxtəlif fikirlər səslənir. Lakin çox əfsuslar olsun ki, bu dəfəki forumda müxalifət deyilən partiyalar iştirak etmədilər?. Toplantının sonunda verilən bəyanatda bildirilib ki, Azərbaycan Madrid prinsipləri əsasında danışıqlardan rəsmi şəkildə imtina etməlidir: ?Forum bu məqsədlə Mitinq Komitəsi yaradaraq vasitəçilərin və iqtidarın Azərbaycana qarşı bu addımının qarşısının alınması üçün kütləvi aksiyalara hazırlaşmaq barədə müzakirələrə başladığını bildirir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA