SMDT Məhkəmə Hüquq Şurasına müraciət edib

img

23-07-2009 [01:46]


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 23 iyul 2009-cu ildə Ədliyyə nazirliyinə qarşı qaldırıdığı iddia sənədlərini dördüncü dəfə Yasamal rayon Məhkəməsinə göndərib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu dəfəki iddia ərizəsində SMDT hakimin ərizəni geri qaytarmaq üçün qanunsuz olaraq əsas kimi göstərdiyi arqumentləri onun əlindən alaraq mənəvi ziyanla bağlı tələbdən imtina edib və işə mahiyyəti üzrə baxılmasını tələb edib. SMDT təsisçiləri həmçinin, sənədlərin geri qaytarılması üçün qanunsuz qərardad çıxardan Yasamal Rayon Məhkəməsinin hakimləri Elçin Qurbanov, Xəqəni Məmmədov və Xəqani Tağıyev barəsində intizam icraatnın başlanması barədə həm birbaşa Məhkəmə Hüquq Şurasına, həm də Məhkəmə Hüquq Şurasına mürcaiət etmələri üçün Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. SMDT-nin təsisçiləri birinci dəfə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı ?Qeyri-hökümət təşkilatının dövlət qeydiyaytına alınmasından imtinanın qanunsuz sayılması və birləşmək hüququnun pozulmasına dair? 13 may 2009-cu il tarixində Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Xatırladaq ki, Yasamal rayon Məhkəməsi artıq 3 dəfə SMDT-nin iddiasını qəbul etməyərək geri qaytarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA