Araz Əlizadə Mütəllibova qarzı çıxanların cavabını verdi

img

21-07-2009 [02:00]


?Əgər bəzi müxalifət partiyalarının nümayəndələri Ayaz Mütəllibovun onlar və Xalq Cəbhəsi barədə dediklərindən narazıdırlarsa, su içsinlər. Onsuz da özləri yaxşı bilirlər ki, Ayaz müəllim haqlıdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib. Qeyd edək ki, eks-prezident A.Mütəllibov AXC-nin yalnız hakimiyyətə gəlmək istəyində olduğunu bildirməsi cəbhəçilərin narazılığına səbəb olub. Bu səbəbdən də keçmiş cəbhəçilər Mütəllibovu cəfəngiyyat danışmaqda suçlayıblar. MİA-ya açıqlama verən A.Əlizadə bildirib ki, A.Mütəllibov nə deyibsə, doğru deyib: ?Əgər bu sözlər onların xoşlarına gəlmirsə, əvvəl güzgüyə baxsınlar və görsünlər ki, doğrudan da eybəcərdirlər, eybəcər deyillər, xaindirlər xain deyillər. AXC ilə bağlı deyilənlərə gəldikdə isə Ayaz müəllim nə deyirsə, mən onunla razıyam. Bunların yeganə istəyi hakimiyyətə gəlmək olub. O vaxt Zərdüşt Əlizadə təklif etmişdi ki, koalision hökumət yaradılsın, amma bunlar qəbul etmədilər. Dedilər ki, hakimiyyəti bütünlüklə özümüzdə saxlayacağıq. Ona görə də axırı belə oldu?. A.Əlizadə onu da vurğulayıb ki, bu məsələlərlə bağlı istənilən müxalifət nümayəndəsi ilə debata çıxıb, onların səhv olduqlarını sübut etməyə hşazırdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA