Təhsil naziri xalqdan üzr istəməli və istefa verməlidir

img

15-07-2009 [03:07]


2009-2010-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında keçid balının aşağı salınmasına Ümid Partiyası sədrinin ideoloji-təbliğat məsələləri üzrə müavini Taleh Əliyev münasibət bildirib. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ?Ümid? funksioneri deyib ki, son illər Azərbaycan təhsilinin səviyyəsi getdikcə aşağı düşür. T.Əliyev bunun həm təhsil sisteminin idarə olunması, həm də təhsilin keyfiyyəti ilə birbaşa bağlı olduğunu düşünür: ?Müəllimlərin aşağı əmək haqqı alması, təhsildə rüşvət, siyasi məqsədlər üçün istifadə, dövlət qulluğuna işə götürülmə zamanı şəffaflığın təmin olunmaması belə neqativ halın yaranmasına gətirib çıxarıb?. Partiya yetkilisi qəbul imtahanlarında keçid balının aşağı salınmasına da münasibət bildirib: ?Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında keçid balının aşağı salınması təhsil siyasətinin yarıtmazlığını pərdələmək vasitəsidir. İldən ?ilə keçid balının təbii rəqabət yolu ilə yüksəldilməsi əvəzinə, bu proses biabırçı formada aşağı salınır. Əslində vəziyyətdən ən doğru çıxış yolu, keçid balını aşağı salmaq yox, təhsil sistemindəki fundamental problemləri həll etməkdir. Əks halda yaxın gələcəkdə Azərbaycanda intelekt böhranı yarana bilər. Bu isə dövlətçiliyimizin inkişafı üçün çox böyük təhlükədir. Dəfələrlə təhsil siyasətinin bərbad olması barədə mövqe ifadə etsək də, müvafiq qurumlar bizi qərəzlikdə ittiham ediblər. Baş verənlər isə təəssüflər olsun ki, bizim gerçəyi söylədiyimizi bir daha təsdiq edir. Bu neqativ hala - yarıtmaz siyasətə görə təhsil naziri xalqdan üzr istəməli və baş verənlərə görə istefaya getməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA