Fazil Qəzənfəroğlu: ?Arif Hacılının psixoloji problemləri var?

img

20-07-2009 [05:40]


?Arif Hacılı deyəsən, Allahlıq iddiasına düşüb. Əgər o, iddia edirsə ki, kimsə kimə görəsə siyasətdə olmalıydı, ya olmamalıydı, bu ancaq Allaha məxsus keyfiyyətlərdir. Əgər Arif Hacılı Allahlıq iddiasına düşübsə, deməli, artıq onun psixloji problemləri var?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu Arif Hacılının ?Reytinq? qəzetinə verdiyi müsahibəsinə münasibət bildirərkən deyib. Qeyd edək ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı F.Qəzənfəroğlunun Milli Müqavimət Hərəkatanın yaradılmasının zamanı keçdiyini deməsinə münasibət bildirərkən ?Fazil Qəzənfəroğlunun bu cür iddialarda bunulmağa haqqı yoxdur. Əslində onu Elçibəy siyasətə gətirib. Əgər Eçibəy olmasaydı, Fazil Qəzənfəroğlu adlı siyasətçi də olmazdı?,- demişdi. MİA-ya açıqlama verən BQP sədrinin sözlərinə görə, A.Hacılının belə çıxışlar etməsi onun psixikasının pozulmasından xəbər verir: ?8-9 ildir ki, Elçibəy rəhmətə gedib, məgər Fazil Qəzənfəroğlu siyasətdə yoxdur? Yaxud Elçibəy Fazil Qəzənfəroğlunun əlindən tutub fəlsəfə üzrə namizədlik işini müdafiə etdirib? Yəni bu, o qədər məntiqsiz, səviyyəsiz açıqlamadır ki, açığı, mən təəcübləndim. Digər tərəfdən, siyasətdə sırımağa qalsa, Arif Hacılını İsa Qəmbər 20 ildir ki, Azərbaycana sırayır. Mən siyasətdə keçmiş hərəkat yoldaşları ilə müəyyən dərəcədə etik münasibətləri qorumağa çalışıram. Hesab edirəm ki, həm mənəvi, əxlaqi, həm şəxsiyyət baxımından bu insanların qarşısında alnıaçıq dayanmağa haqqım var?. F.Qəzənfəroğlu onu da vurğulayıb ki, o, nə Xalq Cəbhəsi, nə Milli Müqavimət Hərəkatına qarşı mənfi fikir söyləməyib. Sadəcə olaraq, BQP sədri bu gün bu ideya ilə çıxış etməyin əhəmiyyəti olmadığını düşünür: ?Əgər Xalq Cəbhəsini dedikləri formatda yarada bilməsələr, onda bunu deyən adamlar məndən üzr istəməlidirlər. Yarada bilsələr, mən onlardan üzr istəyəcəyəm. Ümumiyyətlə, bu cür mövqe bildirdiyinə görə Arif Hacılıya təəccüblənirəm və əsəblərinin yerində olmamasına görə, onu bağışlayıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA