AMiP çində baz verən hadisələrlə bağlı qətnamə qəbul edib

img

16-07-2009 [06:25]


Azərbaycan Milli İstiqlal Partiyası (AMIP) Çində baş verən hadisələrlə bağlı qətnamə qəbul edib. AMIP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qətnamədə bildirilir ki, son günlər Cin Xalq Respublikasında, xüsusən də, Sincan-Uyğur Muxtar Vilayətində baş verən hadisələri beynəlxalq ictimaiyyət tərəfindən həyəcanla izlənilir: ?Vilayətdə yaşayan uyğur türklərinə qarşı həyata keçirilən zorakılıq hallarının artması, təhlükəsizlik qüvvələrinin amansız davranışları, kütləvi qətllər, həbslər və repressiyalar Azərbaycan Milli İstiqlal Partiyasında narahatlıq doğurur. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi dünyada sülhün və təhlükəsizliyin, həmçinin də, hamılıqla qəbul edilən hüquq normalarının və sivil dəyərlərin təminatçısı məsuliyyətini üzərinə götürən Çinin özündə bütün dəyərlərə sayğısız münasibət göstərilməsi anlaşılmır. AMİP hesab edir ki, bütün problemlərin həlli qarşılıqlı inam və etimad, müxtəlif inanclara hörmət, mədəniyyətlərarası dialoqdan keçir. Amma Çin hökumətinin etnik və dini dözümsüzlük nümayiş etdirməsi, zora və gücə arxalanması bu ölkədə totalitar bir rejimin hökm sürməsinin təsdiqidir. Partiya müsəlman uyğurların kütləvi qırğınlara, assimilyasiyaya, ayrı-seçkiliyə məruz qalmalarını, onların tarixi torpaqlarından deportasiya olunmalarını pisləyir?. Eyni zamanda AMİP Çin hakimiyyətinin uyğurlara yönəlik apardığı siyasətini etirazını bildirərək qət edir: 1.Çin hökumətinin etnik uyğurlara qarşı ayrı-seçkilik və assimiliyasiya siyəsətinə son qoyulsun; 2. Sinczyan-Uyğur Muxtar Vilayətində baş verən qırğınların günühkarları məsuliyyətə cəlb edilsin; 3. Çində yaşayan uyğurlarin bir etnos kimi Beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi və mədənı hüquqları tanınsın; 4. Sinczyan-Uyğur Muxtar Vilayətində uyğurlara qarşı zorakılıq halları dayandırılsın, onların tarixi ərazilərində təhlükəsiz və sülh şəraitində yaşama haqqları təmin edilsin;

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA