Azərbaycan müxalifət liderləri AB sədri ilə görüzüb

img

20-07-2009 [01:11]


İyulun 19-da Avropa Birliyi (AB) üçlüyünün Azərbaycana səfəri başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, nümayəndə heyətinə Avropa Birliyinin hazırkı sədri, İsveçin xarici işlər naziri Karl Bildt, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Birliyi şurası katibliyinin nümayəndəsi Paolo Barroso Simos, Avropa Komissiyasının təmsilçiləri Karel Kovanda və Con Kyaer də daxildir. İyulun 19-da axşam AB-nin hazırkı sədri, İsveçin xarici işlər naziri Karl Bildt başda olmaqla nümayəndə heyəti Azərbaycan müxalifət təmsilçiləri - Müsavat partiyası başqani İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP lideri Lalə Şövkət, ANİF prezidenti Eldar Namazovla görüşüb. Görüşdə Azərbaycan-AB münasibərləri, o cümlədən Şərq Tərəfdaşlıq proqramı, ölkəmizdə ictimai-siyasi vəziyyət və insan haqlarının durumu, siyasi məhbuslar, vicdan məhbusu olan jurnalistlər və son günlərdə həbs olunmuş gənc bloqqerlər barədə geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli və bir sıra regional problemlər də diqqət mərkəzində olub. AB nümayəndə heyəti iyulun 20-də, Azərbaycanın dövlət başçısı İlham Əliyev və Xarici işlər naziri Elmar Məmmədyarov ilə ilə görüşlərdən sonra Ermənistana gedəcək. Nümayəndə heyətinin Cənubi Qafqaz səfəri iyulun 16-da Gürcüstandan başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA