Emin Milli və Adnan Hacızadənin məhkəməsi təxirə salındı

img

17-07-2009 [03:02]


Apellyasiya Məhkəməsində Emin Milli və Adnan Hacızadənin işi üzrə keçirilməli olan proses təxirə düşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Adnan Hacızadənin atası, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə məlumat verib. Keçmiş səfir bildirib ki, məhkəmədən prosesin təxirə salınmasının səbəbləri ilə bağlı heç bir məlumat əldə edə bilməyib: ?Bizə heç nə demədilər. Görünür, hələ başlarında qərar formalaşmayıb. Proses iyulun 20-nə qədər təxirə salındı?. Xatırladaq ki, sözügedən gənclər bu ayın 8-də ?Livan? restoranında bir qrup şəxs tərəfindən döyülərək, həbs ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA