Pənah Hüseyn Aydın Mirzəzadənin taleyindən narahatdır

img

10-07-2009 [06:49]


?Hələ bir neçə ay əvvəl hakimiyyətin mərhələli həll prosesinə üstünlük verdiyini, işğal altında olan bir neçə rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağ ermənilərinə yüksək status veriləcəyini bildirmişdim. Həmin vaxt YAP-çı deputat Aydın Mirzəzadə ciddi-cəhdlə bu məlumatı təkzib etməyə çalışmışdı. Aydın bəy demişdi ki, əgər belə bir variant gündəmə gəlsə, özümü öldürəcəyəm?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında millət vəkili Pənah Hüseyn deyib. Münaqişənin həllində 5+2 formulunun gündəmə gəldiyini bildirən deputat səbirsizliklə YAP funksionerinin hansı addımı atacağını gözlədiyini bildirib: ?Hazırda Aydın Mirzəzadənin özünü öldürüb-öldürmədiyini dəqiq bilmirəm. Hər halda həmkar olduğumuz üçün Aydın bəyin taleyi məni çox narahat edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA