Hacı Hacıağa Nuri DQiDK sədri Hidayət Orucovu ittiham edir

img

16-07-2009 [03:02]


İslam Partiyasının keçmiş sədri Hacı Hacıağa Nuri Azərbaycanın Həcc ziyarətinin kvotasının 2000-ə endirilməsinə etirazını bildirib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən H.Nuri belə bir qərarın verilməsini pisləyib. Onun sözlərinə görə, belə bir addımın atılması Azərbaycan müsəlmanlarının dini ayinlərinin həyata keçirilməsinin əleyhinə yönəlib: ?Bildiyiniz kimi, Azərbaycan müstəqilliyini əldə edəndən sonra müsəlmanlar hər il öz dini vəzifələrini yerinə yetirirlər. İslamın vacib əməllərindən biri kimi Həccə getmək önəmlidir. Amma bu il baş vermiş bu hadisə bizi şoka saldı. Yəni birdən-birə Həccin kvotasının aşağı salınması qəbulolunan deyil. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 6 minlik kvota alınmışdı. Sonra isə bunu 2 minə endirdilər. Hesab edirəm ki, bu, Azərbaycan xalqınının, müsəlmanların dini ayinlərinə məhdudiyyətin qoyulması deməkdir?. H.Nuri belə bir qərarın verilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini suçlayıb. Onun sözlərinə görə, Azərbaycan xalqı bu cür yanlış qərarı qəbul etməyəcək: ?Şeyx 6 min yer almışdı. Hətta otellərin pulu belə ödənmişdi. Amma sonradan kvota Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məcburən aşağı endirildi. Ona görə də narazılığın yaranmasına səbəbkar komitə və onun sədri Hidayət Orucovdur. İndi nəyə görə müsəlmanları dini ayinlərinə məhdudiyyət qoyulur, mən bunu başa düşə bilmirəm. Bunun Allah tərəfindən də bəlası gələr?. Müsahibimiz onu vurğulayıb ki, bununla bağı prezident müdaxilə etməli və insanların dini ayinlərini rahat şəkildə həyata keçirməsinə şərait yaratmalıdır. Onun sözlərinə görə, Azərbaycan xalqı bu qadağanı qəbul etməməli və öz etirazını bütün səviyyələrdə bildirməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA