ümid Partiyası bələdiyyə seçkilərinə hazırlıq prosesini davam etdirir

img

18-07-2009 [04:23]


Ümid Partiyası qaşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məqsədi ilə bölgələrdə görüşlərini davam etdirir. Partiya sədrinin İdeoloji-təbliğat məsələləri üzrə müavini Taleh Əliyev partiya rəhbərliyində təmsil olunan şəxslərin - İcra Aparatının rəhbəri Nəsimi Məmmədlinin, Humanitar məsələlər üzrə müavin Səməd Hətəmovun və özünün bu günlərdə Masallı və Neftçala rayonlarında bələdiyyə seçkilərində namizəd olacaq patriya üzvləri ilə təşkil olunan müşavirələrdə iştirak etdiyini bildirib. Bələdiyyə seçkilərinə keçən ilin noyabr ayından hazırlaşan Ümid Partiyasının respublika üzrə hazırlıq səviyyəsinin qənaət bəxş olduğunu qeyd edən partiya funksaneri hazırkı mərhələdə hər bir bölgədə potensial namizədlərlə partiya rəhbərliyinin müşavirələr keçirdiyini bildirdi. Bu müşavirələrin keçirilməsin də başlıca məqsədin namizədlərin həmin bölgənin yerli problemləri haqqında fikir və təkliflərini dinləmək,onlarla bu mövzuda fikir mübadiləsi aparmaq və seçkilərə hazırlıq məqsədi ilə töhfsiyələr vermək olduğunu bildirən Taleh Əliyev Masallı və Neftçala rayonlarında keçirilən müşavirələrin də çox faydalı olduğunu qeyd etdi. Ümid Partiyasının bələdiyyə seçkilərində yaxşı nəticə əldə edəcəyinə inandığını bildirən partiya funksaneri qeyd etdi ki, ?Namizədlərimizin siyasi hazırlığı qələbəyə inamımızı artırır. Uzun mübarizə yolu keçmiş bu insanların,onları şəxsən tanıyan həmyerlilərindən səs alacağına inandığımız üçün Ümid Partiyası olaraq hamılıqla bələdiyyə seçkilərinə hazırlaşırıq .?

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA