Mövsüm Səmədov: ?Münaqizənin ?Madrid prinsipləri? əsasında həlli Dağlıq Qarabağı itirmək deməkdir?

img

16-07-2009 [02:03]


Bu gün Azərbaycan İslam Partiyası (AİP) ?Madrid Prinsipləri? Dağlıq Qarabağın itirilməsi üçün hüquqi baza ola bilər? mövzusunda mətbuat konfrası keçirilib. Bu barədə məlumat AİP Müstəqil İnformasiya Agentliyinə AİP-in mətbuat xidmətindən daxil olub. Məlumata görə tədbirdə çıxış edən AİP sədri Hacı Mövsüm Səmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ?Madrid prinsipləri? əsasında həlli Dağlıq Qarabağdan birdəfəlik əl çəkmək deməkdir: ??Madrid prinsipləri? Dağlıq Qarabağın ?de-yure? erməni işğalçılarının ixtiyarına verilməsidir. ?Madrid prinsipləri?ndə Azərbaycanın ərazi bütövlüyündən söhbət getmir. Mərhələli həll prinsipinə söykənən bəndlərin nə dərəcədə Azərbaycanın maraqlarına cavab verəcəyi olduqca müəmmalıdır. Bu prinsip dövlət tərkibində dövlət yaratmaqdan başqa bir şey deyil?. Partiya sədri onu da nəzərə çatdırıb ki, bu günə kimi münaqişənin həlli istiqamətində aparılan danışıqlarda vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina olunmalı, münaqişənin həlli Azərbaycanın müstəqil iradəsinə tabe edilməlidir. M.Səmədov bir qrupp ziyalının Dağlıq Qarabağa səfər etməsinə də toxunub. Partiya sədri qeyd edib ki, bu kimi səfərlər Azərbaycana başucalığı gətirmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA