?Yeni Müsavat?ın rəhbərindən müxalifət liderlərinə qarzı sərt ittiham

img

15-07-2009 [08:32]


[/center] - Şübhəsiz ki, biz bu ittihamlarla razı deyilik. Biz Hikmət Hacızadənin durumunu başa düşürük və ata olaraq, onu anlamağa çalışırıq. Amma Hikmət bəy kifayət qədər təcrübəli siyasətçi, ictimai xadimdir, gərək məsələyə bir qədər başqa cür yanaşaydı. Bizi narahat edən əsasən müxalifət partiyalarının liderlərinin ?Yeni Müsavat?la bağlı tutduqları mövqedir. Bu, bizi çox təəssüfləndirir, onların qeyri-adektvat mövqeyi kollektivi sarsıdıb. Çox təəssüf ki, Azərbaycan müxalifətinin başında dayanan və liderlik iddiasında olan insanlar demokratiyanın əsas prinsiplərinə - mətbuat azadlığına və plüralizmə qarşı bu dərəcədə səbirsiz tövr göstərirlər. Biz ?Yeni Müsavat? qəzeti olaraq, nəyisə səhv elədiyimizi qətiyyən düşünmürük. Əslində dünənki manşetimizlə ən böyük problemi hakimiyyətə yaratmışıq. Bu məsələnin adi bir xuliqanlıq hərəkəti yox, siyasi bir proyekt olduğunu ictimaiyyətin diqqətinə çatdırmışıq. Bu da ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti, hüquq-mühafizə orqanları gənclərin siyasi fəaliyyətindən əndişələnərək, onları həbs edib. Dünən Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə yaydığı bəyanatdan da məlum oldu ki, biz hədəfə vurmuşuq. Özündən razı müxalifət liderlərinin iddia elədiyi kimi, qətiyyən bilavasitə iqtidardan məlumat alıb yaymamışıq. [b]- Məsələ ondadır ki, qəzetinizin təsisçisi İsa Qəmbər də deyib ki, bu informasiya hakimiyyət tərəfindən hazırlanaraq, qəsddən sızdırılıb. Yəni ?Yeni Müsavat?ın hakimiyyətlə bağlı olmasına işarə verilir?[/b] - ?Yeni Müsavat? qəzetinin hakimiyyətlə hər hansı bir əlaqəsi varsa, bundan mütləq İsa Qəmbərin xəbəri olmalıdır. Yaxud əgər hakimiyyətin ?Yeni Müsavat?la hər hansı bir əlaqəsi varsa, bu əlaqədə İsa Qəmbər əsas rollardan birini almış olur. Çünki bu qəzetin firmasında İsa Qəmbərin adı ən böyük şiriflərlə və ən yuxarıda yazılır. [b]- Ancaq İsa bəy həmişə qəzetin işinə qarışmadığını bildirir?[/b] - Məsuliyyətdən yayınmaq və yaxud dediyi sözün arxasından qaçmaq üçün müxtəlif fikirlər söyləmək olar. Azərbaycanın müxalifət liderlərinin bu məsələdə ?təcrübələri? var. Amma söhbət özünü demokrat adlandıran bir şəxsin müstəqil qəzetə qarşı söylədiyi iftiradan gedir. [b]- Sözünüzdən belə çıxır ki, İsa Qəmbər də başda olmaqla, müxalifət liderləri ?Yeni Müsavat?a iftira atır?[/b] - Tamamilə doğru buyurursunuz. Müxalifət liderləri iftiraçılıqla məşğuldurlar, onlar səsə-küyə düşüblər. Adlarını demokrat, müxalifət liderləri qoyan bu adamlar çox böyük həvəslə İlham Əliyevin, hakimiyyətin aparıcı məmurlarının yox, ?Yeni Müsavat? qəzetinin, onun baş redaktorunun azacıq səhv buraxmasını, büdrəməsini gözləyirlər ki, elliklə bu qəzetin üstünə düşsünlər. Sonra da başlasınlar bizi haqsız çıxarmağa, camaatın gözündən salmağa. Bax, bu bizdə acı təəssüf doğurur. Son 16 ildə Azərbaycan müxalifətini təmsil eləmiş elə bir lider, elə bir funksioner yoxdur ki, onların fərsizliyini, qorxaqlığını biz malalamayaq. Söz vaxtına çəkər. 93-cü ilin bu günlərində bu insanların Azərbaycan və millət qarşısında ortaya qoyduqları mövqe tarixdə qalacaq. Azərbaycanı, xalqı, özlərini məğlubiyyətə uğratmış, dəfələrdə uduzmuş və bu hakimiyyətin əlində əsir-yesir qalmış bu insanların ?Yeni Müsavat? haqqında irad bildirməyə mənəvi-siyasi haqları yoxdur. Azərbaycanda demokratik düşərgənin ən uğurlu layihəsi məhz elə ?Yeni Müsavat?dır. Bu adamlar bunun fərqində olmalıdırlar və bu qəzeti qorumalıdırlar. Bu qəzetin üstünə getmək, onu sıxışdırmaq, baş redaktorunu, kollektivini gözdən salmağa çalışmaq, sadəcə olaraq, nadanlıqdır. Çox təəssüf ki, Azərbaycanı dəyişmək, cəmiyyətə yenilik gətirmək iddiasında olan bu adamların əslində kafaları kif bağlayıb. Bu kiflənmiş kafalar ilə bizim üzərimizə gəlib, bizə çamur atırlar. Ona görə də onlara ayıb olsun! [b]- Azər bəy, deyirsiniz ki, baş redaktoru büdrəyəndə bu qəzetin üstünə gəlirlər. Hazırda Rauf Arifoğlu büdrəyibmi?[/b] - Yox, qətiyyən büdrəməyib. Mən indini nəzərdə tutmurdum. Bu insanların ?Yeni Müsavat?a qarşı kinləri imkan vermir ki, obyektiv mövqe tutsunlar, normal fikir bildirsinlər. Sizə bir şeyi deyim. Rauf Arifoğlu 2003-cü ilin 15-16 oktyabr hadisələrinə görə həbs olunanda da bəziləri onu ittiham edirdilər. Hadisələrin bu şəkildə yekunlaşmasının məsuliyyətini onun üstünə atmağa çalışırdılar. Rauf demokratiya və İsa Qəmbər naminə türmədə yatanda Müsavat rəhbərliyində təmsil olunan bəzi şəxslər başqan qarşısında məsələ qaldırmışdılar ki, ?Yeni Müsavat? qəzeti Müsavat Partiyasının ofisindən çıxarılsın. Bu gün bizi təxribat eləməkdə, gənclərlə bağlı hakimiyyətdən məlumat alıb ötürməkdə ittiham edən bu şəxslər belə mövqe tutmuşdular. [b]- Rauf Arifoğlu bu məsələ barədə nə düşünür, çünki onun mövqeyini öyrənmək istəsək də nədənsə, mümkün olmadı?[/b] - Rauf Arifoğlunun da bu məsələylə bağlı mövqeyi birmənalı şəkildə məlumdur. O da bildirir ki, bu cür mövqe haqsızdır, ədalətsizdir, qeyri-adekvatdır və yanlışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA