Abbasağa Məmmədov: ?ümid Partiyası Şirvan bələdiyyəsində qələbə qazanacaq?

img

16-07-2009 [03:43]


Ümid Partiyası bu il keçiriləcək bələdiyyə seçkilərilə bağlı hazırlıqlarını davam etdirməkdədir. Bu proses çərçivəsində ölkənin ayrı-ayrı bölgələrinə səfərlərini təşkil edən Ümid rəhbərliyinin nümayəndələri bu dəfə Şirvan şəhərində olublar. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, səfərlərdə əsas məqsəd Ümid Partiyasının sıralarından bələdiyyə seçkilərində namizəd kimi iştirak edəcək fəallarla görüşmək, onların və yerli rayon şöbələrinin seçki hazırlığını yerindəcə öyrənmək və tövsiyyələr verməkdən ibarətdir. Şirvan rayonunun bələdiyyələrinə namizədliklərini irəli sürən Ümid fəalları ilə görüşə partiya sədrinin 1-ci müavini Fuad Qocayev, partiyanın icra aparatının rəhbəri Nəsimi Məmmədli və sədrin ictimaiyyətlə əlaqələr üzrə müavini Abbasağa Məmmədov qatılıblar. Görüş barədə məlumat verən Abbasağa Məmmədovun sözlərinə görə, səfərləri çox məhsuldar olub: ?Ümid Partiyasının Şirvan şəhər şöbəsi və seçkilərdə iştirak niyyətində olan hər bir namizəd çox ciddi şəkildə hazırlıq görməkdədirlər. Mən onların hər birində qələbənin əldə olunması üçün mübarizə əzmi gördüm. İnanıram ki, Şirvan şəhərində Ümid Partiyası bələdiyyə seçkilərinin qalibinə çevriləcək?. A.Məmmədovun sözlərinə görə, görüş zamanı özləri barəsində geniş məlumat verən hər bir namizəd seçilmək istədikləri bələdiyyələrin spesifik xüsusiyyətləri ilə bağlı da izahat veriblər. Görüş zamanı işin daha da effektiv şəkildə həyata keçirilməsi üçün partiyanın rəhbərliyinin də təlimatları görüş iştirakçılarının diqqətinə çatdırıldı. Ümid Partiyası Şirvan Şəhər şöbəsinin sədri Rasim Qocayev də bələdiyyə seçkilərində lazımi uğurun əldə olunacağına inamlı olduğunu ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA