DUi hakimiyyətə xəbərdarlıq edir: ?Ya istefa, ya təslimçi zərtlərə yox?

img

14-07-2009 [04:04]


Demokratiya Uğrunda İttifaq (DUİ) gələn həftə növbəti Qarabağ Forumunu keçirəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib. Bu qərarın ittifaqın sonuncu iclasında verildiyini deyən Ə.Oruc artıq forumla bağlı hazırlıq işlərinin başa çatdığını, lazım olan bütün ictimai-siyasi təşkilatlara dəvətlərin göndərildiyini bildirib. ?Azadlıq? sədri budəfəki forumda daha sərt qərarların veriləcəyini vurğulayıb: ?Bildiyiniz kimi, artıq danışıqların hansı şərtlərlə aparıldığı məlumdur. Qeyd olunan şərtlər də Azərbaycanın Milli maraqlarına xidmət etmir. Bu səbəbdən də Qarabağ Forumunda məsələ qaldıracağıq ki, ya hakimiyyət istefa verib getsin, ya da həmin prinsipləri qəbul etmədiyini bəyan eləsin?. Ə.Oruc növbəti Qarabağ Forumunda Milli qüvvələrin mitinq komitəsinin yaradılacağı ilə bağlı məsələ qaldıracaqlarını da nəzərə çatdırıb. Onun sözlərinə görə, danışqların bu şərtlərlə aparılmasına etiraz edənlər bu komitədə birləşəcək və geniş tərkibli etiraz aksiyaları keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA