Asim Mollazadə Hafiz Hacıyevin ittihamlarına cavab verməkdən çəkindi

img

11-07-2009 [02:20]


Ötən həftə Azərbayjan nümayəndə heyətinin Dağlıq Qarabağa və Ermənistana səfəri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev ?Yeni Müsavat? qəzetinə açıqlamasında nümayəndə heyətində təmsil olunanların ünvanına sərt ittihamlar səsləndirib: ?Onların qayınları, baldızları, dayıları, xalaları Ermənistanda, Xankəndində, Şuşada yaşayır. Bu adamlar qohumları ilə görüşməyə gedirlər. Onların qohumlarına sevgisi Azərbaycanın milli mənafelərini tapdanması hesabına reallaşır. Katibələrini alıb başqa dövlətlərdə səfir olanların bu gün xalqın adından danışmağa mənəvi haqqı yoxdur. Hansı "xalq diplomatiyası"ndan danışılır ki, Asim Mollazadə xaricdən aldığı qrantın miqdarının artırılması üçün Dağlıq Qarabağa səfər edir və Azərbaycan xalqının düşməninin qarşısında əyilmiş vəziyyətdə dayanır. Ən dəhşəti də odur ki, özünü Azərbaycan müxalifətinin təmsilçisi kimi təqdim edir. Axı ay Asim Mollazadə, məgər sən müxalifətsən? Səni Azərbaycanda müxalifət hesab edən adam var? AXCP-ni satıb deputat olmusan və partiya yaratmısan. Özünü müxalifətçi kimi təqdim edib müxalifətin adına niyə ləkə gətirirsən? Sən öz ailənlə Azərbaycan dilində danışmırsan. Sən hansı haqla Azərbaycan xalqının adından gedib onun düşməni ilə danışırsan?". Müstəqil İnformasiya Agentliyinin əməkdaşı ilə söhbətində ADİP sədri Asim Mollazadə H.Hacıyevin onun ünvanına səsləndirdiyi ittihamlara cavab vermək niyyətində olmadığını bildirib. A.Mollazadə qısaca ?Mən belə açıqlamalara şərh vermək istəmirəm. Mənə elə gəlir ki, hər kəsin dedikləri özü-özünə aiddir. Yəni bu jür əsassız fikirlərə şərh verməyə ehtiyac yoxdur?,- deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA