MQP Siyasi Şurası Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılmasını tələb edir

img

14-07-2009 [02:10]


MQP Siyasi Şurasının növbəti toplantısı kecirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda partiya rəhbərliyinin ?Azadlıq? bloku ilə apardığı danışıqlar, Çində uyğur türklərinə qarşı yürüdülən soyqırım siyasəti, İranda keçirilən saxta prezident seçkilərindən sonrakı durum, demokratik gənclər hərəkatının nümayəndələrinin həbsi, MQP başqanının istefasının qəbul edilməməsindən sonra yaranmış situasiya və Vüqar Bəyturanın son mövqeyi ətrafında müzakirələr aparılıb. Müzakirə olunan məsələlər barədə məlumat verən MQP Siyasi Şura üzvü Yusif Əli partiya rəhbərliyinin Çində və İranda aborigen türk xalqlarına qarşı aparılan soyqırım siyasətini və Azərbaycan hakimiyyətinin bu cür hallara etiraz etməməsini kəskin şəkildə pislədiyini bildirib. Yusif Əlinin sözlərinə görə, MQP SŞ Çin mallarını baykot etmək barədə Azərbaycan istehlakçılarına müraciət ünvanlayıb. Bir neçə gün əvvəl demokratik gənclər hərəkatının nümayəndələrindən olan Adnan Hacızadənin və Emin Millinin həbsinə etiraz edən MQP SŞ bu gənclərin təcili azadlığa buraxılmasını hakimiyyət orqanlarından tələb edib. Toplantının sonunda Vüqar Bəyturan MQP Böyuk Məclisinin və Siyasi Şurasını onun istefası ilə bağlı bəyanatını qəbul etmədiyini və olunan yüzlərlə müraciəti, xüsusən də MQP-nin fəxri başqanı Hatəmi Tantəkinin müraciətini nəzərə alaraq istefa qərarını təxirə saldığını, MQP başqanı vəzifəsini yenidən icra etməyə hazır oduğunu bəyan edib. Yusif Əli MQP Siyasi Şurasının Vüqar Bəyturanın bu qərarını alqışladığını və partiya strukturlarında yay fəsli ilə əlaqədar 30 günlük tətil elan etdiyini açıqlamasının sonunda qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA