?ümid? funksioneri Emin Millinin və Adnan Hacızadənin həbsini siyasi sifariz hesab edir

img

13-07-2009 [04:08]


?AN? Gənclər Şəbəkəsinin təsisçisi Emin Milli və ?OL? Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadənin həbsi Ümid Partiyasını da narahat edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ümid Partiyasının partiyası sədrinin İdeoloji-təbliğat məsələri üzrə müavini Taleh Əliyev son zamanlar ölkədə ictimai-siyasi poseslərdə aktiv iştirak edən şəxslərin ?xuliqanlıq? adı altında təqib olunmasının adi hala çevrilib: ?Son dərəcə təhlükəli olan bu kampaniya əslində ayrı-ayrı şəxslərə qarşı deyil, fəal insanların simasında bütövlükdə Azərbaycanın demokratik ictimayyətinin üzərinə olan bir baskıdır. Iran kimi totalitar bir ölkədə gənclərin nəyə qadir olduğunu görən Azərbaycan hakimiyyəti azad düşüncəli gəncliyi özü üçün ən böyük təhlükə hesab etdiyindən onları hədəf seçib. Hücuma məruz qalan və nəticədə özləri həbs olunan Emin Millinin və Adnan Hacızadənin bu formada həbsi, barələrində qəbul olunmuş məhkəmə hökmü bir daha göstərir ki, gənclərin həbsi siyasi sifarişdir.? Ümid fuksioneri Azərbaycanın demokratik içtimayyətinin QHT-lər haqqında qanuna təklif edilən mürtəce xarakterli əlavə və dəyişikliklərə etiraz əlaməti olaraq nümayiş etdirdiyi mütəşəkkiliyi bu məsələdə də təkrarlamasının faydalı olacağını da bildirib. Əgər hakimiyyət o zaman qanunla demokratik içtimayyətinin fəaliyyətini iflic etmək istəyirdisə, bu dəfə fəalları həbs etməklə öz istəyinə nail olmaq istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA