Tahir Abbaslı: ?Bizi müharibə variantına üstünlük verməyə sövq edirlər?

img

13-07-2009 [12:54]


?Ötən illər ərzində Azərbaycanda olan bütün qüvvələr Qarabağ məsələsində vəhdətlik nümayiş etdiriblər, prinspiallıq göstəriblər və torpaqların de yure əldən getəməsinin qarşısını alıblar. Bəlkə də çoxşaxəli, çoxistiqamətli gedişlər olmasaydı Bosniya-Hesrsoqovina, Kosova kimi biz də tələyə düşmüş olardıq. Hesab edirəm ki, bu mənada da zahirdə kiçik bir dövlət olsaq da bu böyük oyunda heç də kiçik olmayan gedişlər edə bilmişik?. Bu fikirləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı deyib. AİDP sədri hesab edir ki, Azərbaycan xalqının Ermənistanla deyil, bütövlükdə güc ölkələri ilə onların təmsil olunduqları təşkilatlarla mübarizə apardığı açıq-aydın ortalıqdadır. Qarabağ problemi ilə bağlı aparılan danışıqlara gəlincə, AİDP sədri bildirib ki, prosesin intensivləşməsi yenə güc ölkələrinin istəyinin nəticəsidir: ?Sistemli olaraq Azərbaycan və Ermənistan prezidentlərini intensiv görüşlərinin təşkili, xalq diplomatiyası adı altında yeni bir başqarışıdırıcı prosesin ortalığa atılması problemin həlli istiqamətində müsbət nəticə veməyəcək. Hətta ola bilsin ki, düşmənçiliyi daha da dərinləşdirsin. Hesab edirəm ki, start verilən və intensivləşəcəyi gözlənilən ?xalq diplomatiyası?na ?uşaq diplomatiyası? desək daha məntiqli olardı. Çünki bu boyda qarşıdurmanın bu təfəkkürlə həllinin qeyri-mümkünlyü balaca uşağa da aydındır. Güc ölkələri bu məsələni ortalığa atmaqla ya bu xalqları uşaq təfəkküründə bilir, ya da ələ salmaqla məşğuldur?. Onun sözlərinə görə, Azərbaycan bu məsələdə güzəştə getməməlidir: ?Əvvəl 5, beş ildən sonra iki rayonun qaytarılması, sonra isə Dağlıq Qarabağın statusunun müzakirəyə çıxarılması planı bir daha sübut edir ki, işğalçı ilə torpağı zəbt olunmuş məzlum arasında fərq qoyulur və zalimə üstünlük verilir. Mən bu plana xalqımızın şəxsiyyətinin alçaldılması kimi baxıram. Hesab edirəm ki, bu inandırıcı olmayan proses sonda ədaləti bərpa etmək üçün bizi müharibə variantına üstünlük verməyə sövq edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA