Xanım Xəlilova Türkiyənin XiN rəhbəri Əhməd Davudoğlu ilə görüzüb

img

12-07-2009 [04:36]


[b]Azərbaycanlı alim uyğur türklərinin müdafiəsinə qalxdıqları üçün Türkiyə rəsmilərinə təşəkkür edib [/b] Çinin Sincan-Uyğur əyalətində yaşayan uyğur türklərinin kütləvi şəkildə qətlə yetirilməsi Türkiyə ictimaiyyətinin kəskin etirazına səbəb olub. Artıq bir neçə gündür ki, Türkiyənin böyük şəhərlərində Çin hökumətinin əleyhinə aksiyalar keçirilir. Türkiyə hakimiyyətinin nümayəndələri də rəsmi Pekinin ünvanına sərt bəyanatlar səsləndirməkdən çəkinmirlər. Baş nazir Rəcəb Təyyub Ərdoğan Şərqi Türküstanda baş verən hadisələri soyqırım adlandırıb. Türkiyənin hökumət başçısı rəsmi Pekindən uyğur türklərinin qətliamına son qoymağı tələb edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Çinin Sincan-Uyğur əyalətində baş verən hadisələrdən narahatlıq keçirdiklərini deyib. XİN başçısı beynəlxalq ictimaiyyəti uyğur türklərinə qarşı həyata keçirilən qətliama göz yummamağa çağırıb. Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı alim Xanım Xəlilova prinsipial mövqeyinə görə Türkiyə hakimiyyətinin təmsilçilərinə təşəkkür edib. Xanım Xəlilova əməkdaşımız ilə söhbətində baş nazir Rəcəb Təyyub Ərdoğana təşəkkür məktubu göndərdiyini deyib. Azərbaycanlı alim Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdüyünü də bildirib: "Əhməd bəylə görüşüb, uyğur türklərini açıq şəkildə müdafiə etdiyi üçün ona təşəkkür etdim. Nazirlə görüşümdə həmçinin ermənilərin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər barədə də danışdıq". X.Xəlilova deyib ki, AKP-dən olan deputat Sucəddin Qarayağız və MHP-çi millət vəkili Oqtay Vurala da təşəkkür edib: "Sucəddin Qarayağıza Türkiyə-Çin dostluq qrupunu tərk etdiyi, Oqtay Vurala isə prinsipial mövqeyinə görə minnətdarlığımı bildirdim. 20 Yanvar faciəsi törədiləndə Azərbaycan da uyğur türkləri kimi informasiya blokadasında idi. Ona görə Azərbaycan ictimaiyyəti də uyğur türklərinin müdafiəsinə qalxmalıdır". Sonda X.Xəlilova bildirib ki, dünən Türkiyənin "Kanal-A" televiziyasında çıxış edərək, Doğu Türküstanda baş verən hadisələrə münasibət bildirib: "Çıxışımda uyğur türklərinin başına gətirilən müsibətlərlə ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdiyi soyqırım arasında paralellər apardım. Canlı efirdən Türkiyə rəsmilərini BMT-yə müraciət etməyə çağırdım".

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA