Aydın Mirzəzadə Pənah Hüseyni qeyri-ciddilikdə suçladı

img

11-07-2009 [07:34]


Müsavat deputat qrupunun üzvü Pənah Hüseyninin açıqlamaları Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadəni narazı salıb. Qeyd edək ki, P.Hüseyn Müstəqil İnformasiya Agentliyinə açıqlamasında həmkarının taleyindən narahat olduğunu bildirmişdi: ?Hələ bir neçə ay əvvəl hakimiyyətin mərhələli həll prosesinə üstünlük verdiyini, işğal altında olan bir neçə rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağ ermənilərinə yüksək status veriləcəyini bildirmişdim. Həmin vaxt YAP-çı deputat Aydın Mirzəzadə ciddi-cəhdlə bu məlumatı təkzib etməyə çalışmışdı. Aydın bəy demişdi ki, əgər belə bir variant gündəmə gəlsə, özümü öldürəcəyəm. Ona görə də Aydın bəyin taleyi məni çox narahat edir?. Məsələylə bağlı MİA-ya açıqlama verən A.Mirzəzadə isə P.Hüseyni qeyri-ciddi fikirlər səsləndirməkdə suçladı: ?Mən bu barədə nəsə danışmaq istəmirəm, çünki Pənah Hüseyni bəyanatı olduqca qeyri-ciddidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA