Etibar Məmmədov AMiP-in aksiyasını təxirə saldırıb

img

15-07-2009 [05:28]


Xəbər verdiyimiz kimi, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sabah Çin Xalq Respublikasnın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirməliydi. Bu gün partiya rəhbərliyinin keçirdiyi iclasda aksiyanın təxirə salınması qərara alınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. Ə.Orucovun sözlərinə görə, AMİP artıq öz etirazını bildirib: ?Bildiyinizə görə, dünən biz Çin səfirliyində olduq və uyğurlara qarşı törədilən zorakılıqları bir başa səfirliyin nümayəndələrinə çatdırdıq. Hətta qətnaməmizi də təqdim etdik. Ona görə də hesab edirik ki, bundan sonra aksiya keçirib, etiraz bildirməyin elə də əhəmiyyəti yoxdur?. Partiyadan aldığımız başqa bir məlumata görə isə, aksiyanın təxirə salınması AMİP lideri Etibar Məmmədovun tapşırığıdır. Belə ki, E.Məmmədov aksiyaya lazımi qədər adam toplaya bilməyəcəklərini bəribaşdan bildiyi üçün belə bir qərar verib. Bizi bilgiləndirən AMİP-çinin sözlərinə görə, Müsavat Partiyasının dünən keçirdiyi aksiyanın səsküylü olmasından sonra AMİP sönük bir aksiya keçirmək istəməyib. Bu səbəbdən də E.Məmmədov aksiyanı təxirə saldırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA