Nəsimi Məmmədli: ?Hədəfimiz Bələdyyə seçkilərini qazanmaqdır?

img

20-07-2009 [09:00]


Bu gün Ümid Partiyası İcra Aparatının növbəti toplantısı keçirilib. Toplantıda Bələdiyyə seçkilərinə hazırlıqla bağlı partiya rəhbərliyinin keçən həftə ərzində bölgələrə edilmiş səfərləri müzakirə olunub. İcra Aparatının rəhbəri Nəsimi Məmmədli bu səfərlər barədə məlumat verərək bildirdi ki, ötən həftə Ümid Partiyasının bələdiyyə seçkilərinə hazırlıqla bağlı regionlarda yoxlama görüşləri davam etdirilib. Partiyanın İcra Aparatına daxil olan şəxslər həftə ərzində Respublikanın müxtəlif regionlarında namizədlərlə görüşlər keçirərək seçkilərə hazırlığın ilkin vəziyyətini araşdırıblar. Şirvan, Masallı, Neftçala, Tərtər, Goranboy, Qəbələ və Beyləqan rayonlarında keçirilən müşavirələr zamanı namizədlərə seçkilərdə iştirakımızın əhəmiyyəti geniş izah olunmuş, seçkilərin partiya və cəmiyyətə verəcəyi töhfələr barəsində məlumat verilmiş, namizədlər və yerli təşkilatlar qarşısında duran vəzifələr müəyyənləşdirilmişdir. Partiya funksianerləri rayonlarda ümumi durğuluq olsada vətəndaşların və partiya üzvlərinin bu seçkidə iştirakının zəruri olduğunu görüş iştirakçılarının diqqətinə çatdırmış, demokratik cəmiyyət quruculuğu istiqamətində bələdiyyə seçkilərinin rolunu namizədlərlə izah etmişlər. Partiya yetkilləri yerli şöbələrin işini ümumən müsbət qiymətləndirərək, növbəti mərhələdə görüləcək işlərlə bağlı tapşırıqlar vermişlər. Hər bir görüşün sonunda namizədlərin və partiya fəallarının sulları cavablandırılmış və ölkədəki ictimani siyasi vəziyyət müzakirə edilmişdir. Bu həftə partiya funksionerləri ölkənin digər rayonlarında da anoloji görüşlər keçirəcəklər. Bu müşavirələrin keçirilməsində məqsədimiz, Bələdiyyə seçkilərində qalib gəlmək və Ümid partiyasını ölkənin əsas siyasi təşkilatına çevirməkdir!

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA