Birləzmiz müxalifət Qarabağ məsələsi, çində baz verənlər və həbs olunan gənclərlə bağlı bəyanat verib

img

10-07-2009 [06:36]


Bu gün Ümid Partiyasının mərkəzi Qərargahında Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan müxalifət partiyalarının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda son dövrlər daha çox müzakirə olunan Qarabağ münaqişəsinin həlli istiqamətində səslənən mövqelərə münasibət bildirilib və bəyanat qəbul edilib. O cümlədən Çində uyğurlara münasibət də müzakirə olunmuş, bu barədə də Hərəkat adından bəyanat verilib. İclasda o cümlədən ?OL? və ?AN? təşkilatlarının fəalları Adnan Hacızadənin və Emil Millinin həbsləri qətiyyətlə pislənilib və bu addım son dövrlər aktivləşən Azərbaycan gəncliyinə təzyiq kimi qiymətləndirilib. Hərəkata daxil olan partiyaların liderləri bu hadisəni gənclər hərəkatının vüsət almasından narahat olan hakimiyyətin gəncliyi qorxutmağa yönəlik repressiv addımı kimi dəyərləndiriblər. Qarabağ və Respublika Uğrunda Vətəndaş HərəkatınnQarabağ məsələsi ilə bağlı bəyanatında deyilir: ?Son günlər Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində müxtəlif müzakirələr aparılır, tərəflərin rəsmi şəxsləri münaqişə bölgəsinə, o cümlədən Ermənistan və Azərbaycana səfərlər edir, yaxın günlərdə çərçivə sazişinin imzalanacağı barədə ümidli bəyanatlar verilir. Biz Ermənistan-Aşərbaycan münaqişəsinin tezliklə həll olunması və Cənubi Qafqazda davamlı sülhün və barışın əldə olunmasının tərəfdarıyıq. Lakin heç bir həll yolu Azərbaycanın dövlət süverenliyi və ərazi bütövlüyünə xələl gətirməməlidir. Son dövrlər yürüdülən siyasət təəssüf ki, Azərbaycanın dövlət maraqlarına ciddi zərbə vurur. Biz rəsmi şəxslərin qarşılıqlı səfərlərini Dağlıq Qarabağın de-fakto rəsmi tərəf kimi tanınması cəhdi kimi dəyərləndirir, Azərbaycanın rəsmi simalarının bu tipli addımlarını milli maraqlarımıza zidd hesab edirik. Bu münaqişənin sülh yolu ilə tənzimlənməsini bizlər də arzulayırıq və bu istiqamətdə yardımımızı əsirgəmirik. Lakin heç bir halda torpaqları işğal altında olan bir dövlət kimi heç bir sazişdə işğal olunmuş ərazilərin yalnız sülh yolu ilə azad olunacağı öhdəliyini üzərimizə götürməməliyik. Bu, beynəlxalq hüquqa ziddir, Azərbaycana münasibətdə ədalətsizlikdir. O cümlədən hesab edirik ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda heç bir halda, heç bir vaxt referendum keçirilməsi müzakirə predmeti ola bilməz və bu, danışıqlar masasında Azərbaycan tərəfinə şərt kimi irəli sürülə bilməz, Azərbaycan hökuməti birmənalı şəkildə əsas prinsiplərin içərisində Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyən olunmasını qəti şəkildə rədd etməli, Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşların təhlükəsizliyinə təminat verməli və Dağlıq Qarabağın özünüidarə statusunu Azərbaycanın Konstitusiyası ilə müəyyən etməlidir. Bəyan edirik ki, heç bir hakimiyyət nümayəndəsi milli maraqlarımıza zidd olan hər hansı təklifə xalqdan gizli razılıq verə bilməz. Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı baş verən hadisələr və aparılan danışıqlar barədə ictimaiyyətə, vətəndaş cəmiyyətlərinə, siyasi partiyalara ətraflı məlumat verilməsini mövcud iqtidardan tələb edir. Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı son günlər Çin Xalq Respublikasında baş verən hadisələrdən narahatlığını ifadə edərək Tsin Tan Muxtar Uyğur Vilayətində etnik tərkibin zorakı yollarla dəyişdirilməsi siyasətini qətiyyətlə pisləyib. Vətəndaş Hərəkatı Çin hökumətindən öz milli haqqların tələb edən dinc vətəndaşlarna qarşı tətbiq etdiyi repressiya və soyqırım siyasətindən imtina etməyi, bu müddət ərzində həbs olunmuş şəxslərin dərhal azadlığa buraxılmasını tələb edir. Hadisələr başlayan gündən mətbuatın obyektiv məlumat əldə etməsi və aşkarlğın təmin edilməsi üçün beynəlxalq KİV nümayəndələrinin fəaliyyət göstərməsinə şərait yaradılması vəzifəsinin icra edilməsini Çin hökumətinə xatırladırıq. Hərəkata daxil olan partiyalar Çində yaşanılan son hadisələrin Azərbaycan xalqı üçün xüsusi həssaslığını nəzərə alaraq, Azərbaycan hökumətindən rəsmi narahatlığın Çin dövlətinin nəzərinə çatdırılmasını da tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA