Müxalifət Qarabağ problemini yenidən müzakirəyə çıxardı

img

10-07-2009 [01:51]


Bu gün Media Mərkəzində Qarabağ Koordinasiya Şurasının konfransı keçrilib. Konfransda millət vəkilləri, partiya rəhbərləri və media nümayəndələri iştirak ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ilk çıxış edən ?Turan? İnformasiya Agentliyinin rəhəbəri Mehman Əliyev iki il əvvəl Ermənistana səfər edən azərbaycanlı mədəniyyət nümayəndələrinin başlatdığı prosesin bu gün Azərbaycan xalqının marağına uyğun gəlməyən bir yolun başlamasına gətirib çıxardığını bildirib. Azərbaycanla Ermənistan arasındakı məsələnin həll edilməsi üçün təşəbbüsü Rusiyanın öz üzərinə götürməsi hər iki tərəfə təsir etmək istəyindən doğduğunu deyib. Millət vəkili Pənah Hüseyn isə azərbaycanlı diplomatların belə qəflətən səfər etməsini Azərbaycan cəmiyyətini sülh prosesinə hazırlanmaq təşəbbüsü kimi qiymətləndirib. P.Hüseyn çıxışının sonunda diplomatlar və siyasi xadimlərin, hətta heç bir siyasi fəaliyyətlə məşğul olmayan vətəndaşların da bu məsələ ilə bağlı ciddi narahatlıqlarının olduğunu söyləyib. ALP-nin sədr əvəzi Əvəz Temirxan azərbaycanlıların bu hadisələrdən sonra təffəkür müstəvisində də uduzduğunu, Azərbaycan tərəfinə heç nə verməyən BMT-nin dörd qətnaməsini qələbə kimi qəbul edən Azərbaycan cəmiyyətinin məsələyə diqqətlə yanaşmasını məsləhət görüb. O, Dağlıq Qarabağın müqqədəratını yerli xalqların həll etməsi üçün atılan addımların, yalnız ermənilərinin xeyrinə işlədiyini qeyd edib. AXCP sədri Əli Kərimli neçə ildir davam edən danışıqların hansısa bir müsbət yönlü nəticə vermədiyini bildirərək, bu dəfəki addımın da hakimiyyətin yeni siyasəti olduğunu bildirib. Ə.Kərimli Azərbaycan tərəfinin bu cür danışıqlara getməsi, Türkiyə tərəfindən də gözlədiyimiz tərəfdaşlığın baş tutmayacağını deyib. Millət vəkili Fazil Qəzənfəroğlu isə Azərbaycan parlamentində Qarabağla bağlı heç bir müzakirənin getmədiyi bir zamanda bu təşəbbüsün yersiz olduğunu qeyd edib. O, Dağlıq Qarabağla bir başa təmasın tamam yalnış addım olduğunu bildirib. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə məsələni Molla Nəsrəddinin ?yorğan davası? lətifəsinə bənzədiyi deyib. Belə ki, o, burada Rusiyanın və Minsk qrupunun digər üzvü olan dövlətlərin hər birinin öz marağına uyğun hərəkət etdiyini bildirib. Danışıqların heç bir nəticəsi olmayacağını söyləyib. Digər çıxışçı, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı da cəmiyyətdə ümümi narahatlıq olduğunu deyib və bu cür siyasətin cəmiyyətin bölünməsinə gətirib çıxardığını qeyd edib. Sonda A.Nağı Azərbaycan hökümətinin Dağlıq Qarabağda hər hansısa bir təşkilatı müvəqqəti olaraq tanınmasını digər dövlətlərin də qondarma Dağlıq Qarabağ Respublikasını tanıyacağına şərait yaradacağını vurğulayıb. [b]Elçin Tapdiqov[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA