KXCP uyğurlara qarzı zolrakılıqlara etiraz etməyi planlazdırır

img

09-07-2009 [02:10]


?Bu gün hər bir türkün bu məsələdə mövqeyi ortada olmalıdır. Çində baş verənlər əslində bu dövlətin indiyə qədər yürütdüyü tarixi siyasətin nəticəsidir. Hesab edirəm ki, bu siyasət nəticədə Çinin əksinə yönələcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. Onun sözlərinə görə, bumeranqa çevrilə biləcək siyasət dünyanın hə yerinə səpələnmiş çinlilərin yığışdırılmasına səbəb ola bilər. ?Tarixi türk torpağı olan doğu Türküstanda uyğurlara qarşı yürüdülən bugunkü siyasət faşist siyasətidir. Təbii ki, hər kəs bu siyasətə etirazını bildirməlidir. Mən Türkiyədə bu istiqamətdə atılan addımları təqdir edirəm. Çin mallarının boykot edilməsi özünün müsbət effektini verəcək?, - deyən M.Mirəlioğlu rəhbəri olduğu KXCP-nin də Çində uyğurlara qarşı edilən zorakılıqlara etirazını bildirəcəyini nəzərə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən Çin Xalq Respublikasının səfirliyinə də etirazlarını bildirəcəklər. KXCP sədri bu məsələdə Azərbaycan hakimiyyətinin də müəyyən addımlar atmalı olduğunu qeyd edib: ?Hakimiyyət də istəsə, müəyyən addımlar ata bilər. Mənə elə gəlir ki, burada təkcə söhbət Milli məsələlərdən getmir. Həm də insanların haqqını müdafiə etmək lazımdır. İnsan haqlarını müdafiə etməyə də kimsənin başqa cür reaksiyası ola bilməz. Azərbaycan hakimiyyəti bizə aidiyyatı olmayanları müdafiə edir, amma bu məsələdə də insan haqlarının müdafiəsində maraqlı olmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA