Müsavat Partiyası gənclərə qarzı törədilən zorakılığı pisləyir

img

09-07-2009 [02:37]


Xəbər verdiyimiz kimi, iyulun 8-də günün ikinci yarısında Azərbaycan gənclər sektorunun aparıcı nümayəndələrindən Emin Milli və Adnan Hacızadə mülki geyimli şəxslərin hücumuna məruz qalıblar. Məlumat üçün bildirək ki, şəhərin mərkəzindəki kafelərin birində dostları ilə birlikdə oturan gənclərə idmançı görkəmində olan iki mülki geyimli şəxs yaxınlaşıb, hakimiyyəti niyə tənqid etdiklərini irad tutaraq, gənclərə hücum ediblər. Nəticədə "Alumni Network" Gənclər Şəbəkəsinin və ANTV-nin yaradıcılarından biri Emin Milli və "Ol" Gənclər Hərəkatının təsisçilərindən biri Adnan Hacızadə ciddi xəsarət alıblar. Olay yerinə gələn polislər insidentin iştirakçılarını 9-cu Polis Bölməsinə aparıblar. Amma bölmədə qoluzorlular deyil, vəhşicəsinə hücuma məruz qalanlar haqqında 48 saatlıq həbs qərarı çıxararaq ?Azərbaycansayağı ədalət? nümayiş etdiriblər. Müsavat Partiyası isə gənclərə qarşı atılan bu addımı pisləyən bəyanat yayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bəyanatda baş verənlər planlaşdırılmış aksiya kimi dəyərləndirilir: ?Müsavat Partiyası gənclərə qarşı törədilən bu vəhşi zorakılq hadisəsini və qanunsuzluğu qətiyyətlə pisləyir, Emin və Adnanın azad edilməsini, hücum edən şəxslərin dərhal istintaqa cəlb edilməsini və onların qanunun tələbləri çərçivəsində cəzalandırılmasını tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA