Liberal Partiya təbii qazın qiymətinin qaldırılması ilə bağlı qərarın ləğvini tələb edir

img

02-07-2009 [11:11]


?Hökumətin əhaliyə satılan təbii qazın qiymətini iki dəfə qaldırması vətəndaşların vəziyyətini daha da ağrlaşdırır. Liberal Partiya bunu iqtidar nümayəndələrinin özlərinin yürütdüyü korrupsion, yarıtmaz iqtisadi siyasət nəticəsində yaranmış büdcə çatışmazlıqlarını xalqın aztəminatlı hissəsinin hesabına ödənilməsi kimi dəyərləndirir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan deyib. Onun sözlərinə görə, təmsil etdiyi partiya hökumətin bu addımını pisləyir və bu qərarın tezliklə ləğv olunmasını tələb edir. Ə.Temirxan onu da nəzərə çatdırıb ki, hökumət bu addımndan geri çəkilməsə, əhalinin etirazı ilə üzləşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA