iqbal Ağazadə Britaniya Səfirliyinin ikinci Katibini qəbul edib

img

02-07-2009 [05:37]


Bü gün Ümid Partiyasının mərkəzi qərargahında partiyanın sədri, millət vəkili İqdal Ağazadə Britaniya Səfirliyinin Siyasi Məsələlər üzrə İkinci Katibi xanım Kartin Klevi qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətləri, bu problemin bütövlükdə regionun Avropaya inteqrasiyasına və demokratikləşməsinə təsiri müzakirə olunub. Eyni zamanda görüşdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaq Ümid Partiyasının bələdiyyə seçkilərinə hazırlığı ilə maraqlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA