Hakimiyyət ?Azadlıq? blokunu seçkilərdən kənarda qoymaq istəyir

img

08-07-2009 [03:47]


Milli Məclis sədrinin müavini Bahar Muradova sensasiya sayılacaq açıqlamalarla çıxış edib. Vitse-spiker ?Siyasi partiyalar haqqında? Qanuna ediləcək əlavə və dyişikliklər barədə məlumat verib. Bahar Muradova deyib ki, qanuna ediləcək dəyişikliklər ajiotaj yaradacaq. Xanım deputat ?Siyasi partiyalar haqqında? Qanuna ediləcək dəyişikliklərdən bəzi tərəflərin narazı qalacağını da istisna etməyib. ALP-nin sədr əvəzi Əvəz Temirxan isə Müstəqil İnformasiya Agentliyinə (MİA) açıqlamasında vitse-spikerin bəyanatının narahatlıq üçün əsas verdiyini bildirib. Onun sözlərinə görə, YAP-çı deputat Siyavuş Novruzovdan sonra Bahar Muradovanın da ?Siyasi partiyalar haqıqnda? Qanuna ediləcək əlavə və dəyişikliklərdən bəhs etməsi müxalifət düşərgəsi üçün yaxşı heç nə vəd etmir: ?YAP icra katibinin müavini Siyavuş Novruzov bir müddət öncə dedi ki, partiya üzvlərinin sayını ən azı 5 min nəfərə çatdırmaq lazımdır. O, hətta təklif etdi ki, qanuna hər bir partiyanın 60 seçki dairəsində minimal sayda üzvlərinin olması ilə bağlı müddəa daxil edilməlidir. Bizdə informasiya var ki, iqtidar çevrələrində partiya üzvlərinin sayının hətta 10 min nəfərə çatdırılması ilə bağlı müzakirələr aparılır. Problem partiya üzvlərinin minimal sayının artırılması ilə bağlı təklifin qanuna daxil edilməsində deyil. Əsas problem partiyaların yenidən qeydiyyatdan keçməsi tələbini qanunvericiliyə salmaqla saxtakarlıq nəticəsində parlamentdə təmsil olunmayan və prinsipial mövqedə dayanan müxalifət partiyalarını sıradan çıxarmaqdır. Hesab edirəm ki, əsas məqsəd ?Azadlıq? blokuna daxil olan AXCP, ALP və VİP-in siyasi fəaliyyətinə qadağa qoymaq və bununla da bu təşkilatları bələdiyyə və parlament seçkilərində iştirakdan məhrum etməkdir. Fikrimcə, parlamentdə təmsil olunmayan ADP də ?qeydiyyat əməliyyatı?ndan zərər çəkənlər sırasında ola bilər. Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında təmsil olunan parlament partiyalarından Müsavatla Ümidin də ?qeydiyyat əməliyyatı?ndan zərər çəkəcəyi istisna deyil?,-deyən Ə.Temirxan bildirib ki, bu məsələ Qarabağ və Respublika Uğrunda Hərəkatda müzakirə olunduqdan sonra müvafiq qərar veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA