QAT Xarici izlər Nazirliyinin qarzısında etiraz aksiyası keçirib

img

08-07-2009 [01:23]


Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və bir neçə millət vəkilinin təmsil olunduğu Azərbaycan nümayəndə heyətinin Dağlıq Qarabağa və Ermənistana səfərinə etiraz olaraq aksiya keçirib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə QAT-dan məlumat daxil olub. Qeyd edək ki, QAT sədri Akif Nağı sözügedən aksiyada iştirak etməyib. Aksiya iştirakçıları dinc şəkildə Xarici İşlər Nazirliyinin qarşısına gələrək etiraz plakatlarını nümayiş etdiriblər. Sonra isə bəyanatlarını nazirliyə təqdim edəgək aksiyanı başa vurublar. Bəyanatda qeyd olunur ki, Polad Bülbüloğlu başda olmaqla, Azərbaycan nümayəndə heyətinin işğal olunmuş ərazilərə və Ermənistana səfər etmələri Azərbaycanın milli maraqlarının əleyhinə yönəlib və buk imi səfərlər bir daha təkrarlanmamalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA