MQP Böyük Məclisi bələdiyyə seçkilərində iztirak haqqında yekdil rəyə gəlməyib

img

06-07-2009 [11:29]


Milli Qurtuluş Partiyası Böyük Məclisinin 28 iyun tarixinə təyin olunan və sonradan təxirə salınan iclası 5 iyulda keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərəinə görə, iclasda MQP başqanının istefa ərizəsi, bələdiyyə seçkilərində iştiraka münasibət, partiyanın siyasi kursu və digər cari məsələlər barədə müzakirələr aparılıb. Müzakirə olunan məsələlər barədə məlumat verən MQP Siyasi Şurasının üzvü Yusif Əli Böyük Məclisin səs çoxluğu ilə MQP başqanının istefasını qəbul etmədiyini və Vüqar Bəyturanın 20 iyul 2008-ci il tarixdə seçildiyi MQP başqanı vəzifəsinin icrasında partiya rəhbərliyinin israrlı olduğunu söyləyib. Qərardan sonra Vüqar Bəyturan yaxın günlərdə xüsusi bəyanatla çıxış edərək öz mövqeyini açıqlayacağını bildirib. Bələdiyyə seçkilərində iştiraka münasibət məsələsində ciddi fikir ayrılıqlarının olduğunu deyən Yusif Əli MQP Böyük Məclisinin bu istiqamətdə qərar qəbul etmə səlahiyyətini partiyanın Siyasi Şurasına verdiyini vurğulayıb. Partiyanın siyasi kursunda müəyyən dəyişikliklərin edilməsi barədə xüsusi bəyanatın hazırlanması üçün işçi qrup yaradan Böyük Məclis bütün müxalifət partiyaları ilə, o cümlədən Müsavat, ALP, KXCP, AXCP və digər partiyalar, onların təşkil etdikləri bloklarla ikitərəfli münasibətlərin yaradılması istiqamətində danışıqlar aparmaq səlahiyyətini MQP Siyasi Şurasına həvalə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA