Arif Hacılı: ?Hakimiyyət bizə icazəsiz aksiya keçirməkdən bazqa yol qoymayıb?

img

07-07-2009 [05:40]


?Bildiyiniz kimi, Tarif Şurasının qərarı ilə təbii qazın qiymətinin qaldırılmasına müxalifət ciddi etirazını bildirdi. Bu istiqamətdə kütləvi aksiyaların keçirilməsi də müzakirə mövzusudur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A.Hacılı onu da nəzərə çatdırıb ki, hakimiyyət ölkədə sərbəst toplaşmaq azadlığını ləğv etmək siyasətini yürütdüyü üçün kütləvi etiraz aksiyalarını reallaşdırmaq mümkünsüzdür: ?Yəni hakimiyyət bizə icazəsiz aksiya keçirməkdən başqa yol qoymayıb. Amma məsələ ondadır ki, biz belə bir cəhddə bulunanda, güc strukturlarının zorakılığı ilə üzləşirik və ona görə də kütləvi aksiyaların sayının çox olmasına imkan verilmir. Bir çox hallarda bu aksiyaların təşkilatçıları olan partiyalar, o cümlədən Müsavat, insanların bu şəkildə təzyiqlərə məruz qalmasını istəmədiyi üçün bir çox hallarda kütləvi aksiyalar barədə qərar qəbul etmir. Yəni qiymət artımı ilə bağlı aksiyaların keçirilməsindəki tərəddüdlər yalnız bununla bağlıdır. Azərbaycan hakimiyyət hətta Ukrayna meydanında da aksiyaların keçirilməsinə qadağa qoyub. Hətta elə bir şərait yaranıb ki, ölkədə yalnız icazəsiz aksiyaların keçirilməsi mümkündür?. Müxalifətin ölkədə baş verənlərə etirazını hansı formada bildirəcəyinə gəlincə, A.Hacılı deyib ki, qiymət artımı və digər məsələlərlə bağlı müxalifət öz etirazını bildirib və Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələlərə yönəldib. Müsavat yetkilisi ona da vurğulayıb ki, bütün bunlara paralel olaraq, kütləvi aksiyaların keçirilməsi də müzakirə olunur. Onun sözlərinə görə, bu istiqamətdə hansısa qərarların qəbul edilməsi istisna deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA