Qubad ibadoğlu: ?Zamanında həyəcan təbili çalmaqla, məqsədimizə çata bildik?

img

30-06-2009 [04:27]


Məlum olduğu kimi, bu gün Milli Məclis ?Qeyri-hökumət təşkilatları haqqında? Qanuna əlavə və dəyişiklikləri qəbul edib. Bir müddət əvvəl sözügedən qanuna təklif olunan dəyişikliklərin bir qismi isə aradan qaldırılıb. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təsisçilərindən biri Qubad İbadoğlu hesab edir ki, qəbul olunan qanundan yerli QHT-lər ziyan çəkməyəcək. Onun sözlərinə görə, ziyan verən müddəalar artıq təsdiq olunmuş varinatda yoxdur: ?Amma yeni qeydiyyatdan keçmiş təşkilatlar üçün reyestr məlumatlarının verilməsi və digər belə məsələlər var ki, yeni prosedurlar yaradır. Yəni QHT-lərin qeydiyyatdan keçməsi məsələsində müəyyən problemlər yarada bilər?. Q,İbadoğlu onu da nəzərə çatdırıb ki, Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin mübarizəsi qanun layihəsinə zərərli dəyişikliklərin edilməsinin qarşısını aldı. QHT rəhbərinin sözlərinə görə, bu işi yalnız sözügedən komitənin də adına yazmaq lazım deyil: ?Bütünlükdə vətəndaş cəmiyyəti, QHT Forumu, beynəlxalq təşkilatlar bu məsələdə mövqelərini açıq şəkildə bildirdilər. Hesab edirəm ki, bu məsələdə hər bir etirazın təsiri olub, biz etirazımızı vaxtında lazımi ünvanlara çatdırmışıq. Zamanında həyəcan təbili çalmaqla, məqsədimizə çata bildik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA