Mübariz Əhmədoğlu: ?Rəsmi Bakı Azərbaycanın maraqlarını sonadək qoruyacaq?

img

10-07-2009 [03:18]


?Azərbaycanlı qadın, yəni mənim anam, bacım, qızım Xankəndində təndir çörəyi bişirəndə və mən o çörəkdən yeyəndə Dağlıq Qarabağ münaqişəsi həll olunmuş sayılacaq. Bunun üçün ilk növbədə torpaqların işğaldan azad olunması, partlayıcı maddələrdən təmizlənməsi və əkilməsi lazımdır. Azərbaycan bu mərhələlərin hamısını uğurla keçdikdən sonra biz münaqişnin həllindən danışa bilərik?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu deyib. SİTM rəhbəri ?xalq diplomatiyası? ətrafında yaranmış ajiotaja da münasibət bildirib. Mübariz Əhmədoğlu deyib ki, cəmiyyətin narahatlığı başadüşüləndir: ?Belə həssas məqamda cəmiyyətin radikallığına ehtiyac var. Qarabağ Azadlıq Təşkilatının timsalında isə bu radikallığa xüsusi ehtiyac duyulur?. SİTM sədri rəsmi Bakının Azərbaycanın maraqlarını sonadək qoruyacağına əmin olduğunu deyib. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağın və işğal altında olan Azərbaycan torpaqlarının taleyilə bağlı hər hansı təhlükə mövcud deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA