Aydın Mirzəzadə hökuməti tənqid edən sağ təmayüllü partiyaların ittihamlarını qəbul etmir

img

02-07-2009 [04:00]


?İş burasındadır ki, müxalifətin özü ideoloji cinahlara bölünür. Sol təmayüllü partiyaların bu məsələni tənqid etməsini təbii qarşılayıram. Çünki sol partiyalar bir qayda olaraq, nə olursa-olsun, aşağı təbəqənin sosial vəziyyətinin pisləşməməsini istəyir. Ona görə də onlar bütün hallarda qiymət artımının əleyhinə olurlar. Düşünürdüm ki, bunun əleyhinə çıxanlar solçülar olacaq. Sağ təmayüllülər isə buna etiraz etməməlidirlər. Məsələ burasındadır ki, sağ partiyalar istənilən məqamda iqtisadiyyatın səmərəliliyini önə çəkir. Söhbət ondan gedir ki, hər şeyi dövlətin üstünə atmaq olmaz?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə son günlər qazın satış qiymətinin qaldırılmasına münasibət bildirərkən deyib. YAP-çı deputat qazıin qiymətinin qaldirilması ilə bağlı gətirilən arqumentlərin də əsasli olduğunu vurğulayıb: ?Bu gün qazın satış qiyməti ona çəkilən xərci ödəmir. Tarif Şurası katibinin müsahibəsini oxudum, orada qeyd olunur ki, hər il nə qədər ziyanla işləyirlər. Həmin ziyan da dövlətin büdcəsindən verilir. Bunu uzun müddət davam etdirmək də olar, amma bu, bazar iqtisadiyyatına uyğun gələn prinsip deyil. Nə qədər ağır olsa da, bütün sahələri gəlirlə işləyən formaya gətirmək lazımdır?,-söyləyib. A.Mirzəzadə onu da nəzərə çatdırıb ki, təbii qazın qiymətinin qaldırılması əhalinin vəziyyətinin pisləşməsinə hesablanmayıb. Onun sözlərinə görə, əhalinin müəyyən hissəsi qaz üçün ödəniş etmir, bir qisminin isə gəlirləri ildən ilə artdığına görə, qiymət artımı elə də problem yaratmayacaq: ?Müəyyən bir hissə çətinlik çəkəcək. Amma dövlət bu problemələrin qarşısının alınması üçün də müəyyən addımlar atacaq. Müxalifətin isə münasibətini mən ideoloji zəmində götürürəm. Sol təmayüllü partiyaların tənqidini başa düşürəm, sağ partiyaların tənqidi varsa, deməli, onlar işgüzar dairələrin mənafeyini müdafiə etmirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA