Akif Nağı: ?Milli maraqlarımıza xəyanət etdiyinə görə Polad Bülbüloğluna cinayət izi açılmaldır?

img

03-07-2009 [01:00]


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Dağlıq Qarabağa səfəri Qarabağ Azadlıq Təşkilatının (QAT) etirazına səbəb olub. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən QAT sədri Akif Nağının sözlərinə görə, rəhbərlik etdiyi qurum P.Bülbüloğlunun bu addımını qətiyyətlə pisləyir və bununla bağlı ölçü götürülməsini tələb edir. ?Biz hesab edirik ki, Polad Bülbüloğlunun bu səfəri Azərbaycanın deyil, birbaşa Ermənistanın, Rusiyanın maraqlarına uyğundur. Ona görə də Xarici İŞlər Naziriliyi səfirin bu hərəkətlərinə cavab verməlidir. Səfir nə üçün belə bir addım atıb, ona aydınlıq gətirilməlidir. Biz bunu qətiyyətlə pisləyirik və hesab edirik ki, Polad Bülbüloğlu Azərbaycanın milli maraqlarına xəyanət edir?,- deyən A.Nağı QAT-ın məsələylə bağlı Xarici İşlər Nazirliyin binası qarşısında aksiya keçirəcəyini də bildirib. Onun sözlərinə görə, aksiyanın keçirilməsi ilə bağlı qəti bir söz deyə bilməsə də, məsələni müzakirə edib qərar verəcəklər. QAT sədri onu da qeyd edib ki, P.Bülbüloğlu milli maraqlara xəyanət edibsə, nəinki geri çağırılmalıdır, hətta ona cinayət işi açılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA