Piter Semnebi qondarma Dağlıq Qarabağın "prezidenti" ilə görüzüb

img

02-07-2009 [12:58]


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün qondarma Dağlıq Qarabağın ?prezidenti? Bako Saakyanla görüşüb. Bu barədə ?Novosti-Armeniya? agentliyi xəbər verib. Görüş bu gün İrəvanda qondarma rejimin daimi nümayəndəliyində baş tutub. Görüşdə Dağlıq Qarabağ probleminin həlli məsələsinin hazırkı vəziyyəti və perspektivi müzakirə olunub. Qondarma rejim problemin həlli ilə bağlı danışıqlar prosesində separatçı rejimin iştirakının "vacib" olduğunu bildirib. Xatırladaq ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi iyulun 1-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Görüşdə Avropa Birliyi ilə Ermənistan arasında əməkdaşlıq məsələləri, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ probleminin həlli yolları müzakirə edilib. anspres

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA