Xarici ölkələrdəki səfirlərimiz Bakıya çağırılıb

img

03-07-2009 [05:39]


Azərbaycan Respublikasının xaricdəki bütün diplomatik korpuslarının rəhbərləri Bakıya çağırılıblar. Səfirlərimiz Azərbaycanda diplomatik xidmətin yaranmasının 90 illiyi münasibəti ilə keçiriləcək yubiley tədbirlərində iştirak edəcəklər. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun verdiyi məlumata görə, diplomatlar iyulun 6-da Gəncəyə gedəcəklər, sonra isə Naxçıvan Muxtar Respublikasında olacaqlar: ?İyulun 8-i isə Xarici İşlər Nazirliyi Bakıda Diplomatik Akademiyada Azərbaycanın xarici siyasətinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək. Sonuncu yubiley tədbiri isə iyulun 9-da olacaq. Həmin gün diplomatlar Şəhidlər və Fəxri xiyabanları ziyarət edəcəklər, Dövlət Neft Şirkətinin binası önündə lövhə asılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA