Müsavat təbii qazın qiymətinin iki dəfə qaldırılmasına etiraz edir

img

01-07-2009 [05:38]


Müsavat Partiyası əhaliyə satılan təbii qazın qiymətinin artırılmasına etiraz bəyanatı qəbul edib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyasının mətbuat xidmətindən daxil olub. Bəyanatda qeyd olunur: ?Dünən Tarif Şurası əhaliyə satılan təbii qazın qiymətini artırıb. Artıq iyulun 1-dən 1000 kub metr qazın qiyməti 100 manat olacaq. İndiyə kimi bu qiymətin 47,2 manat olduğunu nəzərə alsaq, artımın 100%-dən çox olduğunu görərik. Ölkə vətəndaşlarının sosial-iqtisadi durumunun gündən-günə ağırlaşdığı bir şəraitdə əsas enerji daşıyıcılarından biri olan qazın qiymətinin artırılması, həm də bu qədər artırılması rəsmi səviyyədə soyğunçuluq siyasətinin növbəti dalğasıdır. Dünya iqtisadi böhranı hər yerdə qiymətlərin ucuzlaşması ilə müşayiət olunsa da, bu gün enerji daşıyıcılarının istehsalçısı və ixracatçısı olan Azərbaycanda əks proseslərin getməsi bir daha sübut edir ki, hökumətin iqtisadi siyasəti, ümumiyyətlə, mövcud deyil. Bu siyasət yalnız təbii sərvətlərin talan edilməsi və xalqın soyulub var-yoxdan çıxarılması üzərində qurulub. Müsavat Partiyası Tarif Şurasının bu qərarını qətiyyətlə pisləyir, qazın, eləcə də digər enerji daşıyıcılarının-benzinin, elektrik enerjisinin satış qiymətlərinin ən azı 2 dəfə azaldılmasını tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA